1. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Müsəlmanın əməlisaleh xanımına
baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün
yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən
xeyirlilərindəndir" (İbn Macə, Əbu Davud, Nəsai)
2. Peyğəmbər
(s.a.a.) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli
fitnə buraxmadım" (Səhih Buxari və Müslim, Tirmizi, İbn Macə, Nəsai və
başqaları)
3. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Diqqət edin! Sizə
qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə,
Ya ALLAHın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta
etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı
olmayınca yatmayacağam" (Təbarani, Səhihdir)
4. Peyğəmbər
(s.a.a.) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun
var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona
görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız"
(Səhih Buxari)
5. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qadını sırf
zənginliyinə görə nigahlamayın! Ola bilər ki, xeyrini görməzsiniz.
Dindar və güvənilən bir xanımla evlənin. Qadını sırf gözəlliyi ilə
nigahlamayın! Gözəlliyi yox ola bilər. Dindar bir cariyə ondan daha
fəzilətlidir. Sizə dindar xanımla evlənməyinizi tövsiyə edirəm" (İbn
Macə, Beyhəqi)
6. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Qiyamət günü
insanlar arasında ALLAHın nəzərində ən çirkin kişi və qadın öz həyat
yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib
digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır" (Səhih Müslim,
Nigah kitabı)
7. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Özümdən sonra
kişilər üçün qadından daha zərərli fitnə buraxmadım" (Səhih Buxari və
Müslim, Tirmizi, İbn Macə, Nəsai və başqaları)
8. Peyğəmbər
(s.a.a.) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə
girməyin. Şübhəsiz şeytan hər birinizin damarlarında qanın dolaşdığı
kimi dolaşır. Dedilər ki: "Sənin də mi ey ALLAHın Rəsulu?" Buyurdu:
"Bəli, mənim də. Lakin ALLAH mənə kömək etdi və o, müsəlman oldu"
(Buxari, Müslim, Tirmizi)
9. Əbu Hureyrə rəvayət edir ki:
"Rəsulullah (s.a.a.) kişi paltarı geyinən qadınlara, qadın paltarı
geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara
bənzədən kişilərə lənət etdi" (Səhih Buxari, Əbu Davud, Tirmizi və
başqaları)
10. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Ümmətimin son
hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq
kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də
sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə
girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu
filan-filan məsafədən hiss edilir” (Səhih Buxari və Müslim)
11.
Rəsulullah (s.a.a.) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana
və aldırana, tatuirovka edənə və etdirənə lənət olsun!" (Səhih Buxari və
Müslim, Əbu Davud və başqaları)
12. Rəsulullah (s.a.a.)
buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə
çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrail oğullarının qadınları
ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər" (Tirmizi, Əbu
Davud, Nəsəi, Əhməd)
13. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "Hər
hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə,
Cənnət ona haram olar" (Tirmizi, Əbu Davud, İb Macə)
14. Peyğəmbər (s.a.a.) buyurmuşdur: "(Səbəsiz) Özünü boşatdırmaq istəyən qadınlar münafiqdirlər" (Tirmizi, Nəsai)
15. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Qadınlar haqqında ALLAHdan qorxun!
Çünki onlar sizin yanınızda yardımçılardır. ALLAHın kitabı ilə onları
özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları
döyməyin. Əgər döyərsəniz, incitici şəkildə döyməyin! Sizin
xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz
də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən
xeyirli olanınızam" (İbn Macə, Tirmizi)
16. Rəsulullah (s.a.a.)
buyurmuşdur: "Bunlar qadının əri üzərindəki haqlarıdır: qarnını
doyurması, paltarını geydirməsi və ALLAHın Kitabını öyrətməsi"
17. Qays qəbiləsindən biri soruşdu: "Zövcəmim mənim üzərimdə haqqı nədir?
Rəsulullah (s.a.a.) dedi: Yediyindən yedirmən, geyindiyindən
geyindirmən, üzünə vurmaman və ona "Çirkinsən!" deməmən, (ədəbləndirmək
üçün) yatağını ayırdığın zaman yalnız evin içində ayırmandır" (Əbu
Davud, İbn Macə)
18. Rəsulullah (s.a.a.) buyurmuşdur: "Əgər bir
insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə
səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki,
qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri
zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə,
enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir"
(Əhməd, İbn Macə, səhihdir)
19. Rəsulullah (s.a.a.) buyurmuşdur:
"Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və
Cəhənnəmindir" (Əhməd, Nəsai, səhihdir)