Onlar oruc tutmadılar!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 032
Səs ver:
(səs: 1)
Peyğəmbərimiz bir gün səhabələrinə oruc tutmalarını əmr edərək:
- Mən sizə izin vermədən kimsə orucunu açmasın, buyurar.
Hər kəs orucunu tutar. Axşam olunca, tək-tək müraciət edənlərə, iftar icazəsi verər. Bu vaxt bir adam gələrək:
- Ya Rəsulullah! İki gənc qız oruc tutdu və yorulublar. Zat-i alinizə gəlməyə utanırlar. İcazə buyursanız iftar etsinlər, dedi. Rəsul-i Əkrəm (s.a.v.) icazə vermədi. Adam iki dəfə daha gəldi. Sonunda Rəsulullah (s.av.)
- Onlar oruc tutmadılar. Bütün gün insanların ətini yeyənlər, necə oruclu olurlar? Get onlara de: Oruc tuttularsa, istifra etsinlər baxaq, buyurdu.
Adam getdi, lazım olanı söylədi. Onlar da deyiləni etdi və qan parçaları qusdular. Adam Rəsulullah Əfəndimizin yanına dönərək vəziyyəti bildirdi. Bunun üzərinə Peyğəmbərimiz (s.a.v.):
- Nəfsim qüdrətində olan Allaha and içərəm ki, əgər qusmayıb bu qan parçaları mədələrində qalsaydı, onlara cəhənnəm atəşi yer idi.

/Mənbə: Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri