Üzüm və əncir barədə ayə və hədislər

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 7 872
Səs ver:
(səs: 1)
 
Üzüm və əncir behişt meyvələridir ki, Quranda və hədislərdə onların faydası haqqında çox söz açılmışdır.

Üzümə aid gələn ayələrə nəzər salaq:

"Məgər sizdən kimsə (ağaclarının) altından çaylar axan və içərisində bütün növ meyvələrdən olan xurma ağacları və üzüm tənəklərindən ibarət bir bağının olmasını və qocalığın gəlib çatdığı və kiçik və zəif uşaqları olduğu halda (birdən) yandırıcı odu olan bir qasırğanın onu (bağı) bürüməsini və onun hamısının yanmasını istəyərmi?!”.("Bəqərə” 266).

"Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz”. ("Muminun” 19).

"Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir”. ("Nəhl” 11).

Bundan başqa, "Rəd” 4, "Nəhl” 67, "Kəhf” 32, "Ənam” 99, "İsra” 91, "Əbəsə” 28, "Yasin” 34, "Nəbə” 21-32 ayələrində üzümün adı çəkilmişdir.

Üzüm haqqında gələn hədislər:

Həzrət Peyğəmbər (s.a.v) buyurur: "Sizin ən yaxşı yeməyiniz - çörək və ən yaxşı meyvəniz - üzümdür”.

Həzrət Peyğəmbər (s.a.v) buyurur: "Mənim ümmətimin baharı qarpız və üzümdür”.

Musa ibni Cəfər (ə) buyurur: "Üç şey zərər gətirmir: üzüm, qamış və alma”.

İmam Rza (ə) Peyğəmbərdən (s.a.v) nəql edir ki, buyurub: "Üzümü dənə-dənə yein ki, həzm olunan olsun”.

Həzrət Peyğəmbər (s.a.v) buyurur: "Nuh (ə) ALLAHa qəm və qüssədən şikayət edən zaman ALLAHa ona vəhy edir ki, üzüm yesin. Çünki üzüm qüssəni aradan aparır”.

Əncirə aid gələn ayə.

"And olsun əncirə və onun ağacına, zeytuna və onun ağacına (və ya Dəməşqdə və Beytül – Müqəddəsdə olan iki dağa – «Tin» və «Zeytun» dağlarına)”. ("Tin” 1).

İmam Rza (ə) buyurur: "Əncir bədənin sümüklərini möhkəmləndirir və saçları uzadır, ağrını aradan aparır. O yerə qədər ki, dərmana ehtiyac olmaz”.

İmam Rza (ə) buyurur: "Əncir ağızı və sümükləri möhkəmləndirir”.

İmam Baqir (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: "Ənciri yeyin ki, qulunca qarşı faydalıdır.”

Bu meyvələrin yetişmə fəsli gəlib çatmışdır, ona görə də onlardan daha çox yeməyə çalışaq. Çünki bu meyvələr həm dadlı və həm də faydalıdır.


 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 7 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri