Bismillahın fəziləti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 903
Səs ver:
(səs: 8)
Möminə bir qadının, münafiq və cahil bir əri vardı. Bu qadın " Bismillahir Rəhmanir Rəhim " deyə bəsmələ çəkmədən, heç bir işinə başlamazdı . Əri onun bu halına hirslənər, qadıncığaza etmədiyi əziyyəti buraxmazdı. O möminə qadın isə, ərinin cəza və cəfasına səbr edər və onun doğru yola gəlməsi üçün Allaha dua edərdi.
Bir gün, qadının əri bərk hirslənmişdi... Arvadına edəcəyi əziyyət və pislik üçün bir bəhanə axtarır və öz-özünə:
"Onu bir oyuna gətirim, o da görsün; baxaq onu rəzil olmaqdan kim qurtaracaq ? " Deyə deyinirdi. Başqalarına açıqca söyləyə bilmədiyi küfrü, istehzanı, artıq bütün çirkinliyiylə, içindən dolub daşmışdı.
Xanımını çağırdı, ona bir kisə qızıl verərək :
- Bunu yaxşı saxla ! deyə tənbeh etdi. Qadın da ərinin əmri üzərinə dərhal getdi, bəsmələni çəkərək kisəni yaxşıca saxladı. Bu vaxt əri onu gizlincə izləyirdi. Sonra arvadının xəbəri olmadan kisəni, arvadının gizlətdiyi yerdən götürdü. İçindəki qızılları boşaldaraq, kisəni dərin bir quyuya atdı. Aradan çox keçmədən arvadını çağırdı və:
- Sənə verdiyim bir kisə qızılı dərhal gətir dedi.
Qadın kisəni qoyduğu yerə getdi və:
" Bismillahir Rəhmanir Rəhim " deyərək əlini uzatdı.
Tam o anda , Allah Təalanın əmriylə, kisə qadının qoyduğu yerdə içindəki qızıllarla birlikdə eynilə dayanırdı. İslanan kisədən sular damcılayırdı. Qadın kisənin niyə yaş olduğunu anlaya bilmədi və kisəni ərinə gətirdi. Adam içi qızılla dolu kisəni görüncə çox çaşdı və arvadının söylədiklərinin nə qədər doğru olduğunu anladı.
Sonra arvadına:
- Sənə çox zülm etdim, çox incitdim, məni bağışla- deyə yalvarmağa başladı. Allaha tövbə və istiğfar etdi. İbadətlərinə bağlı bir insan oldu. O gündən sonra dua və yalvarışlarında həmişə belə deyərdi:
- Ya Rəbbim! Mənə dünyam və axirətim üçün xeyirli möminə bir qadını yoldaş olaraq verdiyin üçün, sənə haqqıyla şükür etməkdən aciz olan məni bağışla Allahım ...
O möminə qadın isə:
- Ya Rəbbim! Sənə şükürlər olsun ki, duamı qəbul edib ərimi salehlərdən eylədin, deyə dua edirdi.

Bu hekayədən götürüləcək ibrətlər və çıxarılacaq hikmətlər çoxtur.Böyükler demişlerki: "Səbrin özü acıdır, lakin meyvəsi şirindir."
(səs: 8)
Şərhlər: 5
Baxılıb: 4 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri