Həqiqi möminin 5 xüsusiyyəti

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 6 716
Səs ver:
(səs: 6)
Qurani-Kərim "Ənfal” surəsində həqiqi möminin xüsusiyyətlərini bəyan edir ki, mömin imandan sonra onlara da malik olarsa, həqiqi mömin olar.
Əllamə Təbatəbai bu ayələrin təfsiri haqqında belə buyurur: "Bu ayələr sözün əsl mənasında həqiqi mömin olanların xüsusiyyətlərini bəyan edir”. Sonra isə niyə məhz 5 xüsusiyyətə işarə etdiyini izah edərək, buyurur: "Bu beş xüsusiyyət elə xüsusiyyətlərdir ki, onlara malik olmaq bütün yaxşı xüsusiyyətlərə malik olmaq deməkdir”.
Bu xüsusiyyətlər ibarətdir:
1. Allahı zikr edən zaman qəlbin qorxması və titrəməsi.
2. Allah ayələrini eşidən zaman imanı artar.
3. Təvəkkül.
4. Namaz qılmaq.
5. Allahın verdiyi ruzidən infaq etmək.

Göründüyü kimi, əvvəl adı çəkilən üç xüsusiyyət qəlbə aid olan sifətlərdir. Qalan ikisi isə əməl və rəftara aiddir.
Əllamə buyurur: "Bu xüsusiyyətlərin zikrində tərtibə riayət edilmişdir. Çünki iman nuru tədricən qəlbi işıqlandırır və get-gedə artar və nəhayət son həddinə çatar və həqiqəti kamilləşər.

1. Bu prosesin mərhələləri vardır ki, ilk mərhələ - qəlbə təsir etməkdir. Yəni, o zaman ki, Allahın zikrini eşidərlər, qəlbləri qorxar, titrəyər. Bu hiss, bəzən məsuliyyəti dərk edəndə və vəzifəni yerinə yetirməmək ehtimalı olan zaman insanda meydana gəlir. Bəzən də qarşı tərəfin əzəməti insanda bu halın yaranmasına gətirib çıxarır.
"Təfsiri-nümunə”də bu ayə belə təfsir edilir: "Möminlər ancaq o kəslərdir ki, nə zaman Allahın adı çəkilər, qəlbləri məsuliyyət hiss etdiyi üçün dərgahında qorxar”.

2. İmanın təkamülü.

Bu iman qəlbə girəndən sonra kök atıb, inkişaf etməyə başlayar. İlahi ayələri seyr edərək qəlbdə şaxə və budaq atar. Mömin hər nə qədər ayələrdə seyr edərsə, imanı daha güclü olar. Yəqin mərhələsinə çatar.

3. Təvəkkül.

O zaman ki, insanın imanı artar, kamalın elə bir həddinə çatar ki, Pərvərdigarın və özünün məqamını dərk edər və tanıyar. Dərk edər ki, bütün işlər Allahın əlindədir. O, yeganə Rəbbdir ki, bütün canlılar Ona tərəf qayıdacaqdır. Bu zaman Allaha təvəkkül etməyi özünə lazımlı bilər və Onun iradəsinə tabe olar. Taleyinə yazdıqlarına rizayət göstərər və dinə uyğun əməl edər.
Bəziləri təvəkkülün mənasını düzgün dərk etmirlər. Təvəkkül əli-əlin üzərinə qoyub bir küncdə əyləşmək demək deyildir. Allaha təvəkkül etmək, yəni insan Ondan başqa heç kimi bu aləmdə Qüdrətli hesab etmir. Yəni Allah bütün işləri görməyə Qadir bir Varlıqdır. Ondan istəyir ki, hansısa bir məsələyə Allah rəhbərlik və nəzarət etsin. Yəni bu insan Allahı özünə vəkil tutur və onun özü də Allahın iradəsinə xidmət edən əsgərlərdən biridir.

4. Allahla rabitə.
İnsan qəlbinə nüfuz edən iman onun canına elə işləmişdir ki, insanı ubudiyyətə tərəf çəkər. Bu cür insan Allaha xaliscəsinə ibadət etmək istəyər ki, bu ibadət- namazdır. Burada adı çəkilən namaz ümumi bütün ibadətləri əhatə etmişdir: orucu, həcci və sairi.

5. Allahın xəlqi ilə rabitə.

İmanlı insan öz ictimai ehtiyaclarını da ödəməyə çalışır. Allahın ona verdiklərini: malı, elmi infaq edir.


Allah bizləri də həqiqi möminlərdən qərar versin. Amin!
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 6 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri