Məşhurların İslam dini haqqında fikirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 559
Səs ver:
(səs: 0)
 
Corc Bernard Şou, ingilis yazıçısı: "Mən Məhəmmədin (s) dinini onda olan həyat gücü və yaşam əhval-ruhiyyəsi baxımından yüksək dəyərləndirirəm. Fikrimcə, İslam dini bütün əsrlərdə insanların həyat tərzilə yanaşı addımlamağı bacaran yeganə dindir. Mən Məhəmmədin (s) dini ilə bağlı öncədən xəbər verirəm. Bu din, bugünkü avropalılar tərəfindən məqbul hesab olunduğu kimi, sabahın Avropası tərəfindən də qəbul ediləcək”.

Kristian Vulf, Almaniya prezidenti: "Xristianlıqla yanaşı, bu gün İslam dini də Almaniyanın bir hissəsidir".

Frank Riberi, fransalı futbol ulduzu: "İslam dinini seçdim, çünki bu, mənə azad olmaq imkanı verir və mən bundan sonra özümü daha yaxşı hiss edirəm. Mən hər zaman elə bir şey axtarırdım ki, mənim düşüncələrimi, hisslərimi rahatlaşdırsın. Mən onu İslamda tapdım. İndi mən mehriban olmağı xoşlayıram. Mən pivənin paytaxtı olan Bavariyada spirtli içki qəbul etmirəm... İslam hər şeydir".

Barak Obama, ABŞ-in 44-cü prezidenti: "İslam böyük bir dindir".

Robert Kreyn, ABŞ-ın 36-37-ci prezidenti Robert Niksonun məsləhətçisi, ABŞ-ın Milli Təhlükəsilik Şurasının keçmiş Direktor müavini: "Mən İslamı seçmədim, Allah məni İslamı seçməyə layiq bildi. Mənim İslam dininə gəlməyimdə Bəhreynli bir qocanın böyük rolu oldu. Mən ona baxanda anladım ki, bütün müsəlmanlar pis deyil. Daha sonra araşdırıb əsl İslamı tanıdım”.

Abel Şavyer, keçmiş portuqaliyalı futbolçu: "İslam sülh, azadlıq, bərabərlik və ümid dinidir".

Tomas Karleyl, şotlandiyalı yazıçısı: "Bəzi xristianlar İslama irad və tənə olaraq deyirlər: "Məhəmməd (s) öz dinini qılınc gücünə yaymışdır. Yəni, əgər qılınc olmasaydı, bu din dünyaya səs salmazdı”. Bu sözü deyənlər nə qədər həqiqətdən uzaq, yanlışdadırlar! Onlar yaxşı fikirləşməlidirlər ki, bu qılıncı qınından çıxaran, onun şuasını Musa bin Nəsir, Tariq ibn Ziyad və digər böyük fatehlərin əli ilə Fransa, İspaniya dağlarının yüksəkliklərinə, Mədaindən Səmərqəndə qədər əraziyə, Misir ehramlarının üzərinə yayan hansı qüvvə idi? Şubhəsiz, bu qüvvə Məhəmmədin (s) dini idi”.
 
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 4 559
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri