Əbədi həyat

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 783
Səs ver:
(səs: 1)

 

Ölüm nədir? Ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?

Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir.
Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.
Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa» və «istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər. Məsələn, «təvəffəytul malə» yəni «malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.»
Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.
1. ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.
2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır.
3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur.

Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.
Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:
(Mən ona öz ruhumda üfürdüm). (Hicr-29).
İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.
Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət verməyir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etməyir.
Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir.
Onlar «İsra» surəsinin 85-ci ayəsinə istinad edərək
«[Ya Məhəmməd!] Səndən ruh [ruhun keyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: «Ruh Rəbbimin əmrindəndir».

 

 

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 783
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri