Cavab: Sualınızda qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq peyğəmbərimizdən (s. a. s.) belə bir hədis nəql edilmişdir:
"Mənim ümmətimdən bir nəfər öz yoldaşı ilə yaxınlıq etmək istədiyi vaxt belə desin”:
بِاسْمِ اللهِ اَلّلهُمَّ جَنِّبْنا الشَّيْطانَ وَجَنَّبِ الشَّيْطانَ ما رَزَقْتَنا
Yuxarıdakı duanın oxunuşu belədir:
"Bismillah. Allahummə cənnibna-ş-şeytanə və cənnibi-ş-şeytanə ma rəzəqtəna”
Həmin dua aşağıdakı mənanı verir:
"Bismillah! Allahım, şeytanı bizdən və bizə verəcəyin uşaqdan uzaq et”.
Muhəmməd peyğəmbərin (s. a. v.) bu hədisinə əsasən kim belə desə və onlara bu yaxınlıqdan bir övlad verilsə, şeytan o uşağa heç vaxt ziyan verə bilməz.1
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir.