Peyğəmbərimiz (s.a.v) belə dua edərdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 691
Səs ver:
(səs: 5)
Peyğəmbərimiz (s.a.v) belə dua edərdi. Siz de oxuyaraq dua edin..
Allahım! Məni günahlardan gündoğanla günbatanın arası qədər uzaq tut! Məni xətalardan ağ paltarın kirdən təmizləndiyi kimi təmizlə! Allahım! Səndən bilib-bilmədiyim, bu anda lütf etdiyin və gələcəkdə lütf edəcəyin bütün xeyirləri istəyirəm. Allahım! Bilib-bilmədiyim, bu andakı və gələcəkdə ola biləcək bütün şərlərdən Sənə sığınıram! Allahım! Məni nəfsimlə baş-başa buraxsan, məni acizliyə,möhtac olmağa, günaha və xətaya yönəltmiş olarsan. Mən ancaq Sənin rəhmətinə güvənirəm. Günahlarımın hamısını bağışla, çünki günahları ancaq Sən bağışlaya bilərsən. Tövbəmi qəbul et, çünki Sən tövbələri qəbul edən və çox mərhəmətlisən. Allahım! Fayda vərməyən elmdən, ürpərməyən qəlbdən, doymayan nəfsdən, qəbul olunmayan duadan Sənə sığınıram! Allahım! Səndən işimin avand olmasını, doğru yolda əzmkarlıq istəyirəm. Səndən nemətinə şükür etməyi və Sənə layiqincə ibadət etməyi istəyirəm. Səndən sadiq, doğru bir dil, səlim bir qəlb istəyirəm. Allahım! Bildiyin şeylərin şərindən Sənə sığınıram. Bildiyin şeylərin xeyrini Səndən istəyir və bildiyin şeylərdən Sənə istiğfar edirəm. Şübhəsiz Sən Əllamül-Quyub-qeybləri bilənsən! Allahım! Səndən məni xeyir işlərə yönəltməyini, şər işlərdən uzaq tutmağını və kasıbları mənə sevdirməyini istəyirəm. Məni bağışlamağını, mənə mərhəmət etməyini və insanların fitnə-fəsadı çoxaldığı zaman, məni bu fitnə-fəsada düçar etmədən bu dünyadan aparmağını diləyirəm. Səndən Sənin sevgini, Sənin sevdiklərinin sevgisini, məni Sənin sevginə yaxınlaşdıracaq əməllərin sevgisini istəyirəm. Allahım! Sənə zikr, şükür və ən gözəl surətdə ibadət etməyimiz üçün bizə yardım et. Allahım! Səndən hidayət, təqva, iffət və mənəvi zənginlik diləyirəm. Allahim! Yaradılış və əxlaqımı gözəlləşdir. Allahım! Bütün işlərdə aqibətimizi xeyirli et. Amin!
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 14 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri