19 rəqəminin mənası

Müəllif: Zeynuş
Şərhlər: 7
Baxılıb: 17 090
Səs ver:
(səs: 7)
Rəhman və Rəhim olan Allahın adı ilə
19 rəqəmi gizli şəkildə Qurani -Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Gəlin bu gizli məqamların bəzilərinə nəzər salaq. Quranda "Rəhman və Rəhim Allahın Adı ilə” ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19×6 . Quranda ilk nazil olan 96-ci surənin (El-Eleq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19×15.

Quranın son nazil olan 110-cu surəsi (En-Nesr) 19 sözdən ibarətdir. İlk ayəsi isə 19 hərfdən ibarətdir. Quranda "Bismillah” ifadəsi 114 dəfə istifadə olunub , yəni 19×6. Quranda "Vahid” (tək) kəlməsi 25 dəfə istifadə olunsa da, yalnız 19 dəfə bu söz ALLAH-TƏALANIN sifəti kimi işlədilir. Eyni zamanda "Rəhman və Rəhim Olan Allahın Adı ilə” vahid kəlməsinin 19 dəfə Allahın sifəti kimi istifadə olunduğu surə və ayələrin nömrələrinin cəmi 361 edir, yəni 19×19.
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 17 090
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri