Bismillahın gücü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 871
Səs ver:
(səs: 2)
Əməlisaleh bir qadının pis xasiyyətli əri vardı. Qadın hər işə başlamazdan əvvəl mütləq «Bismillahir rəhmanir rəhim» deyərdi. Əri isə onun bu hərəkətinə çox hirslənər və həyat yoldaşını qınayardı. Mülayim xasiyyətli qadın isə səbir edər, ərinin düz yola gəlməsi üçün Allaha dua edərdi.

Bir dəfə kişi həyat yoldaşına «Bismillah» sözünü tərgitmək üçün hiylə hazırladı. Qadına balaja torbada qızıl verərək gizlətməsini xahiş etdi. Ərinin xahişini yerinə yetirən qadın adəti üzrə «Bismillah» deyərək qızıl torbasını sandığın içində gizlətdi. Kişi gizlinjə qadını izləyib qızılları sandıqda gizlətdiyini gördü. Qadın ev işlərilə məşğul olanda əri xəlvətjə torbanı sandıqdan çıxarıb həyətdəki su quyusunda gizlətdi.

Aradan bir neçə gün keçdikdən sonra kişi yoldaşından qızıl torbasını istədi. Qadın sakitcə sandığı açdı və «Bismillah» deyərək torbanı götürdü. Qızıl torbası tamam islanmışdı. Torbanın harada islandığını başa düşməyən qadın ərinin hirslənəjəyindən qorxaraq tələsik qızılları ona uzatdı. Torbanı arvadının əlində görən kişi təəjjübləndi və bu hadisədə Allahın hikməti olduğunu başa düşdü. Kişi etdiyi əməldən çox peşman oldu və həmin gündən Allaha tövbə etdi. Öz həyat yoldaşından üzr istədi.

O gündən etibarən həminş şəxs belə dua edərdi: «Allahım, mənə dünya və axirətim üçün xeyirli, əməlisaleh bir həyat yoldaşı yetirdiyin üçün Sənə şükür etməkdə ajizəm. Əfv et məni, Allahım!».

Qadın isə «Ya Rəbbim, duamı qəbul edib ərimi doğru yola yönəltdiyin üçün Sənə şükür olsun!» deyə dua edirdi.

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 871
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri