Bu gün Tasua, sabah, noyabrın 4-ü, Aşura günüdür

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 246
Səs ver:
(səs: 2)
Məhərrəm ayının 9-cu günü "Tasua” günüdür. Hicri-Qəməri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 9-u Kərbəla faciəsinin ərəfəsi idi. "Tasua" ərəb dilindən tərcümədə "doqquzuncu" deməkdir. Ömər ibn Sədin qoşunları tərəfindən mühasirəyə alınan İmam Hüseyn (ə) və onun yaxınları bu günlər ərzində düşmən tərəfindən sudan da məhrum edilmişdir.

Düşmən qoşunları İmam Hüseynə (ə) və onun yaxınlarına qarşı müharibəyə başlamaq əzmində idilər. Lakin İmam Hüseyn (ə) qardaşı Həzrət Əbülfəzl Abbas (ə) vasitəsilə ibadət etmək üçün bir gecəlik möhlət istəyir. Düşmən ordusu əvvəlcə buna razı olmaq istəməsə də, sonradan razılıq verir.

Həmin gecə hamı ibadətlə məşğul olur. O gecənin ən yadda qalan səhnələrindən biri budur ki, İmam Hüseyn (ə)  düşmən ordusunun qarşısına çıxacaq şəxslərdən beyətini geri götürür və işıqlar söndürüldükdən sonra onlara getmək icazəsini verərək bildirir ki, bu qaranlıqda kim istəsə getsin, "onsuz da Yezidin işi mənimlədir". Lakin yollarının sonunun ölümlə bitəcəyini bildikləri halda heç kəs oranı tərk eləmir. Tasua gününün səhəri, yəni Aşura günü İmam Hüseyn (ə) və 72 nəfər Yezidin ordusu tərəfindən amansızcasına şəhid edilir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri