Çoxmu yoruldunuz? Bezdinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 834
Səs ver:
(səs: 4)
Yükünüz, çiyinlərinizdən böyükmüdür?

Taif daşlanmasından sonra peyğəmbərin(s.a.s)
‘Məni kimlərin əlinə buraxırsan?`
Deməsi qədərmi məsələn?

Hz.Yaqubun Yusif həsrəti çəkməsi kimidirmi dərdiniz?

Yoxsa Əyyub (a. s)-nın hər şeyini itirib yataqlara düşməsi kimimi? 

Hz. Musanın inanıb inanmamaqda qərarsız qalan 
bir qəbilə ilə, dənizin ikiyə ayrılışını gözləmək
kimi idimi yükünüz?

Yoxsa... Yoxsa... 

Yusif kimi qaranlıq bir quyuyamı düşdünüz?
Az bir dirhəmə kölə olaraqmı satıldığınız?

Xeyrmi? 

O zaman Nuh kimidir dərdiniz!

‘Xilas olanlardan` olub ‘xilas ola bilməyəcək`
oğluna səslənmək kimidir kədəriniz?

Yaxud Lut kimi pozğun bir qövmü
xəbərdar etmək üçünmü əriyib bitdiniz?

Bunların heç biri deyilsə əgər... 

O zaman Afrikalı bir ana kimidir çətinliyiniz!

Uşağına bir qurtum su tapmaq üçün 
Ordan bura,burda ora gəzən ana olmalısınız məsələn. 

Ya da 

Əlindəki kiçik daşla, bir tanka 
qarşı çıxan Fələstinli uşaq kimidir yükünüz!

Əfqanıstanda neçə uşağını torpağa verdiyini
bilməyən ana kimi içiniz yanırmı?

Bir azdan gözlərinizi bağlayacaqsınız 
və leşinizi qırğılar yeyəcək deyə fikirləşənlərdənsinizmi?

Fələstinli uşaq kimi ən çox dinlədiyiniz mahnı, 
Səmanı bəzəyən mərmi səsləridirmi? 


Peyğəmbər (s.a.s) kimi aclıqdan
Daşmı bağladınız mədənizə?

Xeyr!... 

İbrahim(a. s)-ın atıldığı kimi sizi atəşəmi atdılar?

Nədir? Nədir dərdiniz?


Bunların heç biri deyilsə? 

Efela yeşkuruuun? (hələ şükr etməyəcəksinizmi?) 
  Necə bir dərdimiz var deyib düşünməlimiyik? 
Yoxsa həyat bir imtahandır, düşünmədən şükr etməlimiyik?``

Ən böyük şükür namazdır.Namaz vaxtıdır.Allah ibadətlərinizi,dualarınızı qəbul etsin.Unutmayın.Ölüm bizlərdən sadəcə bir addım geridədir.Ölüm gəlmədən seçiminizi gözəl edin.Gəncliyinizə güvənib ibadətlərinizi təxirə salmayın.HAMINIZ ÖLƏCƏK YAŞDASINIZ..........

Hal hazırda kimi küçədə, kimiləri barda, kimiləri yeyib içməkdə, kimiləri evdə söhbətdə, kimiləri internetdə, amma elə kəslər də var ki,bu an onlar son nəfəslərini verməkdədir və Allahım nə olar ölməyim ibadətə qayıdım,2 rükət namazımı qılım tövbə edim deyə yalvarmaqdadırlar. Onların ölüm anında dilədiklərinə biz hal-hazırda sahibik.Bəs onda niyə ölümün gəlməsini gözləyirik.Nə olar.. ÖLÜM gəlmədən Tövbə edək, RƏBBİMİZƏ Yönələk....

Elxan Mehdi..
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 2 834
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri