Allah şeytana lənət eləsin

Müəllif: Gunesh
Şərhlər: 5
Baxılıb: 3 431
Səs ver:
(səs: 3)
Şeytani siyasətlərlə mübarizə yolları
Əgər mübariz şəxslər bu növ siyasi oyunlar qarşısında dayanmaq istəsələr nə etməlidirlər?
Mübarizə və müqavimət yolu İmam Hüseyn əleyhissəlamın göstərdiyi yoldur. Bu cür siyasətbazların qarşısında durmağın birinci şərti, dünyaya bağlanmamaqdır. İmam Hüseyn (ə) öz övladlarını və dostlarını elə tərbiyə etmişdi ki, on üç yaşlı bir yeniyetmə şəhid olub-olmayacağını imamdan xəbər alır; həzrət buyurur: "Səncə ölümün dadı necədir?”. Cavan deyir: "Ölümün dadı mənim üçün baldan da şirindir”.
Bu zahirdə deyilmiş bir şüar deyildi. Qasim ibn Həsən öz əmisinin yanında öyünərək şüar demirdi. Söylədikləri qəlbinin dərinliyindən süzülüb gələn sözlər idi. Ölümün on üç yaşlı bir yeniyetmənin kamında baldan şirin olmasını təsəvvür edə bilirsinizmi? Ələbəttə, hər ölüm belə olmur.
Vəzifə borcu, İslama xidmət yolundakı ölüm belə bir xüsusiyyətə malikdir. Heç ölümün də şirinliyi olarmı? Söhbət şəhadətdən getdiyi üçün həzrət soruşdu: "Ölümə necə baxırsan?”.
Biz İmam Hüseyn əleyhissəlamın yolu ilə getməyimiz üçün bu cür şeytani oyunlar qarşısında müqavimət göstərməliyik. Lakin ilk əvvəl bu ruhiyyəni özümüz üçün kəşf etməliyik.
Əgər Allahı sevirsinizsə, şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalı, bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini və milli dəyərlərimizi qoruya bilərik. Bu, imam Hüseyn əleyhissəlamın bizə öyrətdiyi dərsdir. Necə ola bilər ki, biz Hüseynçi olmaq istəyir, ona ehtiram göstərir, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilmirik? Bizim yeniyetmələr arasında Qasim ibn Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də, Həbib ibn Məzahirə yoldaş olacaq yaşlılarımız da var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. Təəssüflər olsun ki, bu günlər belə dəyərləri unutdurmağa çalışırlar. Ancaq Hüseyn əleyhissəlamın adının bərəkətindən bu dəyərlər yenidən dirçəldilməlidir.

Şeytan və onun qoşununun ölüm zamanı etdiyi vəsvəsələr
Ölüm zamanı canverən şəxsin yanında olanlardan biri də Şeytandır. O, mömin şəxsin can verdiyi zaman onu aldatmaq, imanını əlindən almaq üçün möminin başı üzərində olur. İmam Sadiq (ə) Sifvan ibn Mehranın söylədiyi hədisdə belə buyurur; "Dostlarımizdan birinin ölüm zamanı çatanda, Şeytan onun sağ və sol tərəflərindən gəlir ki, onu malik olduğu imam və etiqaddan döndərsin. Lakin Allah ona mane olur. Ona görə də buyurur; "Allah iman gətirənləri dünyda da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər".
Digər hədisdə deyilir ki, iblis ölüm mələyinin beş yüz mələklə birgə, xüsusi bir surətdə hər hansi möminin canını almağa gəldiyini gördükdə əlini başına qoyub fəryad qoparır. Bu vaxt iblisin qoşunu onun bu əməlinin səbəbi soruşaraq deyir; "Ey bizim ağamız, sizə nə olub?"
İblis cavab verir; "Məgər bu bəndəyə necə hörmət göstərildiyini görmürsünüz? Nə üçün onu nəzərdən qaçırmısınız, aldadıb yoldan çıxara bilməmisiniz?"
Onlar da belə deyirlər; "Biz onun barəsində bacardığımız qədər çalışdiq, lakin o bizə tabe olmalıdır".
İmam Sadiqdən (ə) söylənilən digər hədisdə deyilir; "Ölüm zamani istisnasız olaraq, hər kəsin ruhu bədəndən xaric olana kimi iblis küfrə sarı çəkmək, dinində tərəddüd yaratmaq üçün tabeçiliyində olan şeytanların bəzisi onun yanına göndərir. Lakin onun möminlər üzərində belə bir qüdrəti yoxdur. Buna görə də ( can verməkdə olan ) dünyasını dəyişənlərinizin yanında olarkən, dünyadan köçdüyü anadək onlara kəlmeyi-şəhadəti təlqin edərək dedirdin".
Əlbəttə, həmin vaxt seytan hamını özünə tərəf çəkmək qüdrətinə malik olmur. Həyatları boyu özlərini onun ixtiyarına buraxan, onu özlərinə "rəhbər" seçən imansızlar, qafil dünyapərəstlər həmin vaxt da onun əmrinə tabe olacaqlar. Bu həssas anda onların zəif də olsa imamları var idisə, onu da itirəcəklər. Bunun dəlili Allah-təalanin Qurani-kərimdə buyurduğu kəlamıdır. Buyurur ki, şeytan onu özlərinə başçı bilən kəslər üzərində hakim olur;
"Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!"
Həmçinin buyurur ki, onu özünə başçı qəbul edənlər acıq-aydın ziyan içində olacaqlar;
"Allahı atıb şeytanı özünə dost tutun şəxs əlbəttə, açıq-aşkar ziyana uğramışdır."
Digər hədisdə deyilir ki, iblis ölüm mələyinin beş yüz mələklə birgə, xüsusi bir surətdə hər hansi möminin canını almağa gəldiyini gördükdə əlini başına qoyub fəryad qoparır. Bu vaxt iblisin qoşunu onun bu əməlinin səbəbi soruşaraq deyir; "Ey bizim ağamız, sizə nə olub?"
İblis cavab verir; "Məgər bu bəndəyə necə hörmət göstərildiyini görmürsünüz? Nə üçün onu nəzərdən qaçırmısınız, aldadıb yoldan çıxara bilməmisiniz?"
Onlar da belə deyirlər; "Biz onun barəsində bacardığımız qədər çalışdiq, lakin o bizə tabe olmalıdır".
İmam Sadiqdən (ə) söylənilən digər hədisdə deyilir; "Ölüm zamani istisnasız olaraq, hər kəsin ruhu bədəndən xaric olana kimi iblis küfrə sarı çəkmək, dinində tərəddüd yaratmaq üçün tabeçiliyində olan şeytanların bəzisi onun yanına göndərir. Lakin onun möminlər üzərində belə bir qüdrəti yoxdur. Buna görə də ( can verməkdə olan ) dünyasını dəyişənlərinizin yanında olarkən, dünyadan köçdüyü anadək onlara kəlmeyi-şəhadəti təlqin edərək dedirdin".
Əlbəttə, həmin vaxt seytan hamını özünə tərəf çəkmək qüdrətinə malik olmur. Həyatları boyu özlərini onun ixtiyarına buraxan, onu özlərinə "rəhbər" seçən imansızlar, qafil dünyapərəstlər həmin vaxt da onun əmrinə tabe olacaqlar. Bu həssas anda onların zəif də olsa imamları var idisə, onu da itirəcəklər. Bunun dəlili Allah-təalanin Qurani-kərimdə buyurduğu kəlamıdır. Buyurur ki, şeytan onu özlərinə başçı bilən kəslər üzərində hakim olur;
"Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!"
Həmçinin buyurur ki, onu özünə başçı qəbul edənlər acıq-aydın ziyan içində olacaqlar;
"Allahı atıb şeytanı özünə dost tutun şəxs əlbəttə, açıq-aşkar ziyana uğramışdır."
Şeytan ölüm zamanı bütün ömrü boyu ona tabe olan şəxslərin batininə vəsvəsə edir və xəyal qüvvəsi vasitəsi ilə onları əla alır. Onlara gözəl və könül oxşayan mənzərələr göstərir, onların yadlarına bir sira niyyətlər və ruhi xaritələr salir ki, Allahla görüşmək eşqindən daşınsınlar, Allahin mənəvi məqami və razılığını unutsunlar, yenə də dünyaya, oun zinətlərinə ürək bağlasınlar, dünyadan bu halda köçsünlər. Ölüm zamanı yaranan bu hala "ədilə" deyilir.

Şeytanı ən çox sevindirən nədir
Məlum olduğu kimi şeytan və köməkçilərinin bircə qayəsi var:
Insanı doğru yoldan uzaqlaşdırıb ALLAHın razı olmadığı işləri etdirmək. Şeytan insanı heç sevmir.
Çünki ilahi rəhmətdən qovulmağına səbəb olmuşdur. Haqq-Təalanın səcdə əmrinə qarşı çıxan, həqiqətlə əlaqəli bütün bağları qoparılan və mələklər arasındakı yerini də itirərək tamamilə tək qalan şeytan bu zaman intiqam arxasınca düşmüş, məqsədinə çata bilmək üçün ALLAHdan qiyamətə qədər möhlət istəmişdir. Müəyyən bir vaxta qədər möhlət verilən şeytan xətasını anlayıb tövbə edərək günahını bağışlatma yolunu tutmamış, əksinə, daha da azğınlaşmışdır. Özünə qiyamətə qədər məşğul olabiləcəyi hədəf seçmişdir. Bu hədəf onun ilahi rəhmətdən uzaqlaşdırılmasına səbəb olan insandı.
Daxili aləmi insana qarşı intiqam hissləri ilə dolu olan şeytan köməkçiləri ilə birlikdə hər gün yığışar və insanları yoldan çıxartmaq üçün planlar hazırlayar.
Şeytan hər günkü kimi yenə köməkçiləri ilə yığışmışdı. Onlara cürbəcür üsullar öyrətdi. Sonra hər birini iş başına göndərdi.
İş zamanı sona çatanda şeytanın köməkçiləri ona hesabat vermək üçün geri qayıtdılar. İçlərindən biri belə dedi:
-Ağa! Mən bir insana vəsvəsə verərək içki içirtməyi bacardım. Bu şəkildə onu yoldan çıxartdım.
Bu xəbər şeytanın o qədər də xoşuna gəlmədi. Sadəcə başını tərpətdi.
Digər şeytan söz aldı:
-Mən bir insanın qumar oynamasına səbəb oldum. Hər şeyini itirmişdi. Sadəcə evi qalmışdı. Ona "Evini də ortaya qoy. Qazansan, bütün itirdiklərini geri alarsan” –deyə vəsvəsə verdim.
O da oynadı və evini itirdi. İndi uşaqları ilə bayırda qalıb.
Bu xəbər də şeytanı çox sevindirmədi. O daha gözəl bir xəbər gözləyirdi. Növbə şeytanın başqa bir köməkçisinə gəldi:
-Ağa! Bir adamla həyat yoldaşı arasına fitnə saldım və onların arasını vurdum. Hamıya nümunə olan bir ailələri vardı. Amma mənim sayəmdə araları dəydi. Boşanmaq üzrədirlər. Bir-birlərini elə təhqir etdilər ki, barışmaları əsla mümkün deyil.
Bu xəbər şeytanın çox xoşuna gəldi. Artıq üzü gülürdü.
Köməkçilərinə belə dedi:
-Baxın, gözlədiyim xəbər bu idi. Ən yaxşı işi sən görmüsən. Səni təbrik edirəm. Məni çox sevindirdin.
Sonra şeytan onu yanına çağıraraq dedi:
-Mənim ən sevdiyim işlərdən biri evlilərin arasını vurmaq və onları bir-birindən ayırmaqdır. Bunu bacaranların yeri mənim yanımdır.
Şeytanın deyil, ALLAHın bəyəndiyi işləri görək.

Şeytanın İnsan Qılığına Girməsi
Allame Tabatabai, Əl Mizan Təfsirində nəql etdiyi bir neçə rəvayətdə, əsri səadət dövründə bir neçə hadisədə ( döyüşlərdə və müxtəlif zamanlarda) İblisin bəzi kafirlərin qılığına girərək kafirlərlə danışdığını və onları Peyğəmbər ilə döyüşməyə təşviq etdiyini; məsələn şeytanın Hz. Peyğəmbər (s. a. a) vəfat etdiyində "Muğire min Şu'be"‌ surətində görünərək xalqı Bəni Haşim Qəbiləsinə qarşı qışqırtdığını, yazar. (Əl Mizan, C. 9, S. 110 İslami Əsərlər nəşriyyat, Tahran- 2000)
Bütün bu nümunələrdən fərqli olaraq bəzi təfsirçilər, şeytanın pis insanların qılığına girə biləcəyi, özünü nəsihət verən və yaxşılıqda olan biriymiş kimi göstərərək insanları haqq ilə döyüşməyə dəvət edəcəyi və müxtəlif surətlərdə xalqı haqqa etiraz etməyə istiqamətləndirəcəyi nəticəsini çıxarmışlar.
Şeytanın görünməsindən məqsəd, gerçək mahiyyətinin xaricinə çıxması və mahiyyətinin dəyişməsi deyil, bəlkə insanın duyğu orqanları və anlayışa qabiliyyəti ilə hiss edilə bilər oluşudur.
Digər bir qisim təfsirçi isə " …Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. ."‌ (Ə'raf- 27) Ayəsni Kəriməsini dayaq götürərək, şeytan və cinlərin gözlə görülə bilməyəcəyi fikirini irəli sürmüşlər və insanın, şeytanı gerçək şəkli və surəti ilə görə bilməyəcəyini söyləmişlər.
Ətrafda bu iki görüş arasında ziddiyyət yoxdur. Belə ki, xatırlanan ayədə nəzərdə tutulan məna şeytanın gerçək şəkli ola bilər; yəni bir kimsə şeytanı gerçək surəti ilə görə bilməz. Amma şeytanın xəbis bir insan və ya digər bir varlıq şəklində bəzilərinə görünməsi mümkündür. Bununla birlikdə, bəzi rəvayətlərdən Ənbiyanın (as) İblisi gerçək surəti ilə gördüklərini anlayırıq. (Təfsiri Nümunə, C. 7, S. 20)
Şeytan və ya cinlərin, bir insanın ürəyindəkiləri və niyyətini bilməsi, məsələn bu insanın sabah nə edəcəyindən xəbər verməsi əsla mümkün deyil. Çünki şeytan və cinlər qeyb elminə sahib deyildirlər. Belə bir iddianı heç bir yerdə görə bilməzsiniz. Qeyb elmini Allahdan və ONun pak qullarından (Ənbiya və övliyalar) başqa heç kim bilə bilməz. Şeytan, qeyb elmindən xəbər vermək kimi bir qüdrətə və səlahiyyətə sahib deyil.
Əlbəttə şeytan, Rəsulu Əkrəm (s. a. a) və digər peyğəmbərlərin surətinə girə bilməz. Rəsulullah (saa) belə buyurdu:
"Hər kim məni yuxuda görsə gerçəkdə məni görmüşdür; çünki şeytan, mənə bənzər bir surətə giremez."‌ (Muhaddisi Qummu, Sefinet'ül Bihar, C. 1, Şeytan Maddəsi S. 699)
Yenə, Müzehheb"‌ adlı bir şeytanın Peyğəmbər və Peyğəmbərin qəyyumunun xaricində hər qılığa girdiyi rəvayət edilmişdir.
Şeytan, peyğəmbər və imamların surətinə girmədiyi kimi, pak şiələrin və Allah dostlarının surətinə də girə bilməz. Allah Elçisi (saa) buyurdu:
" Şeytan nə mənim nə qəyyumlarımın nə də qəyyumlarımın şiələrindən heç birinin surətinə giremez."‌ ( Şeyx Saduk, Emali, 15. Hissə, C. 10)

Ayıb olsun mənə
Bir gün bir nəfər şeytanı görür və belə deyir:
-Ey lənətlənmiş, sənin kimi olmaq üçün mən nə etməliyəm?
Şeytan deyir:
-Ayıb olsun sənə! Hələ indiyə kimi heç kim məndən belə bir şey istəməyib! Hələ indiyəcən heç bir adəm övladı məndən mənim kimi olmağın sirrini soruşmayıb.
Həmin şəxs:
-Amma mən istəyirəm, sən sadəcə de ki, nə etməliyəm ki, sənin kimi olum-deyə təkid edir.
Bunları eşidən şeytan çox sevinir. Adəm övladlarından daha biri onun kimi olmaq istəyir. Şeytan deyir:
-Mənim kimi olmaq istəyirsənsə, namazı tərk et,yalan-doğru and iç.
Bunu eşidən adam:
-Allaha söz verirəm! Namazı heç vaxt tərk etməyəcəm! Heç vaxt yalan-doğru and içməyəcəm! - deyir.
Bunları eşidən şeytan çox əsəbləşir və:
-İndiyə qədər hələ heç kim hiylə ilə məndən bir şey öyrənə bilməyib. Mən insanlara öyüd verməməyə and içmişdim. Ayıb olsun mənə - deyir.

Sual: Allah şeytanı nə üçün yaratdı?
Cavab: Tez-tez belə suallarla qarşılaşırıq: Şeytan kimi alçaq bir vücudun yaradılması, hansı məntiqə əsaslanır?
İlk əvvəl onu qeyd edək ki, Allah-təala şeytanı alçaq yaratmamışdır. Mötəbər dini mənbələrin verdiyi məlumatlara görə, şeytan uzun illər mələklərlə yanaşı dayanmışdır. Lakin sonradan verilmiş azadlıqdan sui-istifadə edərək, tüğyan qoparmışdır. Demək, şeytan ilk əvvəl pak yaradılmış, sonradan öz istəyi ilə azğınlığa düçar olmuşdur.
İkinci bir tərəfdən, yaranış qanunlara əsasən, ziddiyyət olmayan yerdə tərəqqi də olmaz. Şeytanın varlığı imanlı insanlar üçün qorxulu deyildir. Əksinə, onun törətdiyi fitnə-fəsadlar, imanlı insanların təkamülü üçün mühüm şərtlərdəndir.
İnsan yalnız güclü düşmənlə qarşılaşdığı zaman öz qüvvəsini səfərbər edib, işə sala bilər. Tarixə baxın. Yalnız güclü düşmənlərin hücumları qarşısında ardıcıl müqavimət göstərmiş millətlər, böyük mədəniyyət yarada bilmişlər.
«Nəhl» surəsinin 99 və 100-cü ayələrində buyurulur: «Həqiqətən, iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir».
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri