Səndən sadəcə səni istəyirəm ALLAHım...

Müəllif: acisko
Şərhlər: 11
Baxılıb: 21 545
Səs ver:
(səs: 4)
ALLAHım! Bizə nəyi, harada və necə danışacağımızı öyrət..
ALLAHım! Göz açıb yumana qədər də olsa, bizi razı olmayacağın şeylərlə baş-başa buraxma..
ALLAHım! Səndən sadəcə səni istəyirəm. Mənim ehtiyacımı da Sən bilirsən.
ALLAHım! Səni dərk etmək üçün mərifətimi və eşqimi artır. 
ALLAHım! Tanınan bir insan olmağı deyil, tanımasalar da, Səni gözəl tanıyan dərk edən bir insan olmağı arzu edirəm. 
ALLAHım! Məni öz istəklərim deyil, Öz muradın istiqamətində yönəlt.
Özünü ən yaxşı kimə bildirmisən, tanıtmısansa, Səni o qədər bilmək, dərk etmək istəyirəm, ALLAHım!
ALLAHım! Mənə verəcəyin nemətlər məni yoldan azdıracaq və ya istiqamətimi dəyişdirəcəksə, onları istəmirəm. Nə olar məni bacarmayacağım imtahanla sınağa çəkmə. 
ALLAHım! Sənin xeyir və gözəl işlərə ehtiyacın yoxdur. Amma mənim Sənin ilahi lütfünə ehtiyacım çoxdur Ya Rəbbim...
ALLAHim sənə əllərimi açdım,ürəyimi açdım.Sənin varlığına şükr üdirəm.
Sənə yalvariram Rəbbim, məni, bütün sevdiklərimi qoru, günahlarimizi bağışla. Bizleri emeli saleh bendelerinden et,duzgun yolu goster.
Darda qoyma,mərhəməti sonsuz olan ALLAHim, merhemetini bizlerden esirgeme.
Dünyamızı xəta bəlalardan hifs eyle.
AMİN!!
"Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!"
"Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul buyur!"
"Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram"
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 21 545
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri