Yatarkən hansı duanın oxunması məsləhətdir?

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 11 954
Səs ver:
(səs: 14)
Yatmazdan əvvəl dəstəmaz almaq müstəhəbdir. Hədislərdə deyilir ki, kim yatmazdan əvvəl İxlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun, Fələq və Nas surələrini oxumaq, ayətül-kürsini söyləmək, çoxlu istiğfar etmək, kəlmeyi-şəhadəti demək, xüsusilə, "la ilahə illəllah” cümləsini çoxlu təkrar etmək savabdır. Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı İmam Əliyə (ə) tövsiyə etmişdi: "Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” (Tərcüməsi: "Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur”). Peyğəmbər yatağına uzananda bu duanı oxuyardı:
"Bismikə allahümmə əmutü və əhya” (Allahım, Sənin adınla ölür və dirilirəm).
(səs: 14)
Şərhlər: 11
Baxılıb: 11 954
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri