Əhli-beyt aşiqləri üçün dini hədislər

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 4 054
Səs ver:
(səs: 4)
Burada yazdığım hədislər Pəyğəmbər(s) və əhli-Beyt(a) hədislərinin bağçasından bir dəstədir.Əgər bu işimlə Allahın razılığını qazanmışamsa özümü xoşbəxt hesab edirəm.

Rəsulullah(s) buyurur:"Namaz möminin məracidir."

Rəsulullah(s) buyurur:"Hər namazini qilanda elə düşün ki, bu sənin son namazindir."

Rəsulullah(s) buyurur:"Allah və qiyamət gününə inamı olan əhdə vəfalı olar."

Rəsulullah(s) buyurur:"Həya imandandır."

Rəsulullah(s) buyurur:"Əlinin(ə) mənə olan nisbəti,Harunun Musaya olan nisbəti kimidir."

Rəsulullah(s) buyurur:"Əli haqq ilə,haqq də Əli ilədir."

Rəsulullah(s) buyurur:"Fatimə mənim ürəyimin bir parçasıdır.Onu sevindirən məni sevindirmiş,onu qəzəbləndirən məni qəzəbləndirmiş kimidir."

Rəsulullah(s) buyurur:"Əməlsiz alim bəhrəsiz ağaç kimidir."

Rəsulullah(s) buyurur:"Təkəbbür edəni Allah xar və zəlil edər."

Rəsulullah(s) buyurur:"Qohumları yada salın,hətta bir salamla olsa belə.:

Rəsuli-Əkrəm (s.ə.v.v.) buyurur: insanları Cənnətə daxil edən səylərin ən mühümü Allah qarşısında təqvalı olub, gözəl əxlaqa malik olmaqdır.

Rəsulullah(s) buyurur:"Iman ve əməl vəhdət təşkil edir.Əgər biri digəri ilə uyğun gəlməzsə bu düzgün deyil."

Rəsulullah(s) buyurur:"Imani düz,əməli saləh insanin bəlası çox olar."

Rəsulullah(s) buyurur:"Gizlində sədəqə vermək Allahin qəzəbini söndürər."

Rəsulullah(s) buyurur:"Behiştə girəcək ilk səxslər şəhidlərdir."

Rəsulullah(s) buyurur:"Həsən və Huseyn Cənnət cavanlarının ağasıdır."

Rəsulullah(s) buyurur:"Mən kimin mövlasiyamsa Əli də onun mövlasıdır."

Rəsulullah(s) buyurur:"Əli(ə) Kəbə mislindədir."

Rəsulullah(s) buyurur:"Əlini(ə) yad etməklə məclislərinizi zinətləndirin."

Rəsulullah(s) buyurur:"Əli kimi cömərd,Zülfüqar kimi qılınc yoxdur.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 4 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri