Haramdan çəkindi halal qismət oldu - dini hekayə

Müəllif: yasemin
Şərhlər: 12
Baxılıb: 6 865
Səs ver:
(səs: 9)
Bir gənc oğlan Ka’bədə hər dua edərkən bunları deyirdi:
"Ey doğruların yardımçısı olan Allahım,Ey haramdan çəkilənlərin yardımçısı olan Allahım, sənə hər zaman və yalnız sənə həmd edərəm”
Bu hər kəsin diqqətini çəkər və biri oğlandan soruşur:
... "Niyə hər zaman eyni dua edirsən,başqa bir şey bilmirsən?”O da deyir:
Yeddi-səkkiz il bundan qabaq yenə Ka’bədə idim.
Bir gün içi qızıl ilə dolu torba tapdım.Içində düz min qızıl var idi.Içimdən bir səs gəldi:
-"Bu qızıllarla, bunları edərsən” deyirdi.
Xeyr dedim özüm özümə.Bu mənim deyil,başqasının malı,haram olur.Birdən biri dedi:
-"Belə bir torba tapan varmı?”qışqırırdı, çağırdım onu:
-"Necə torba idi? Içində nə var idi?”deyə soruşdum. Dedi "torbanın içində min qızıl var idi”
-"Torban burda” deyərək torbanı verdim. Adam torbanı açıb mənə otuz qızıl verdi.
Bazara getdim.Təmiz üzlü gənc bir yesiri satırdılar.
Gəncin təmizliyi mənim diqqətimi çəkdi.Yanlarına getdim,
-"Bu gənci neçəyə satırsız?” dedim. "Otuz qızıla” dedilər.
Adamdan aldığım qızılı verib gənci satın aldım.Bir iki il keçdi, gənc oğlan çox çalışqan idi.
Onu aldığıma çox şad idim. Bir gün onunla gedərkən qarşıdan iki üç kişi gəlirdi..Gənc oğlan mənə dedi ki,
-"Ağam mən Fas əmirinin oğluyam,bu adamlar mənim atamın adamlarıdır.Məni tapdılar.
Sizdən məni satmanızı istəsələr otuz min qızıldan aşağı satmayın, siz çox gözəl insansınız”dedi.Kişilər yanıma gəldi,
-"Bu gənci bizə satarmısınız?”dedilər. "Sataram” dedim.
"Altmış qızıl verərik” dedilər. Məndə "olmaz” dedim.
-"Sən özün bunu bazardan otuz qızıla aldın,biz sənə iki qat veririk” dedilər
-"Elədirsə onda gedin bazardan alın” dedim. Artdıra artdıra otuz min qızıla aldılar.
Mən o otuz minlə iş yerləri açdım, ticarət elədim,varlandım.Bir gün dostlarım mənə
-"Varlı bir ailənin gözəl bir qızı var.Atası bu yaxınlarda vəfat edib.Onunla səni evləndirək.” dedilər.
-Məndə "olar” dedim. Nigahımız oldu.Dəvə yükləri cehizini gətirdilər.
Cehizin arasında bir torba diqqətimi çəkdi. Qıza,”Bu nədir?” dedim.
-"Içində 970 qızıl var.Atam Ka’bədə itirmişdi, otuzunu tapana verdi,
qalanını mənə hədiyyə verdi ,cehizinə qoyarsan dedi.”

Deməli tapdığım qızıllar mənim qismətim imiş.
Verməsəydim haram yolla gələcəkdi.Verdim halal yolla özümə qayıtdı.
Mənə yardım edib haramlardan qoruyan, Rəbbimə həmd edirəm!
(səs: 9)
Şərhlər: 12
Baxılıb: 6 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri