Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 7 430
Səs ver:
(səs: 2)

http://3.bp.blogspot.com/_s-3gvdX4UzI/TQJ7S7zkE6I/AAAAAAAADjQ/oM1xvdum7iw/s1600/nnn.gif

 

Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.

Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq. Hər gün bir dəqiqə «İxlas» surəsinə ayırsaq, ayda üç yüz, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir.


Bir dəqiqədə Quranın bir səhifəsini oxuya bilərik.


Bir dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləyə bilərik.


Bir dəqiqədə 30 dəfə kəlmeyi-şəhadəti iqrar edə bilərik.


Bir dəqiqədə 12 dəfə «Subhanəllahi vəlhəmdulillahi və la ilahə iləllah» zikrini təkrar edə bilərik. Bu zikri ixlas və saf niyyətlə təkrarlayan şəxsin günahları böyük olsa belə, Allah onların üzərindən xətt çəkər.


Bir dəqiqədə «La həulə və la quvvətə illa billahil əliyyil əzim» zikrini 12 dəfə təkrar edə bilərik. Bu zikri ixlas və saf niyyətlə iqrar edən şəxs Cənnətin xəzinələrinə sahib olar.


Bir dəqiqədə 24 dəfə «Əstəğfirullahə Rəbi və ətubu iləyh» zikrini iqrar edə bilərik. Elə bir zikr ki, onun sayəsində insan Allahın rəhmət və mərhəmətinə nail olar.


Bir dəqiqədə 24 dəfə Allah peyğəmbərinə və onun ailəsinə salam və salavat göndərə bilərik. O salavat ki, Allah onun bir dəfə iqrar olunmasına 250 savab yazar və məqamımızı 250 dəfə artırar. O salavat ki, onun sayəsində insan Muhəmməd (s) və onun ailəsinin şəfaətinə nail olar.


Bir dəqiqədə dua təfəkkür edə bilərik. Bir dəqiqəlik düşüncə ilə Allahın razılığını qazanmış əbədi Cənnəti qazana bilərik.


Redakte etdi: Pretty girl

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 7 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri