İnsanı iki qanad qaldıra bilər

Şərhlər: 6
Baxılıb: 3 221
Səs ver:
(səs: 1)
"Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki, Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükür) edəndir". ("Fatir" 29-30).
İnsanı mələkut aləminin səadət səmasına iki qanad qaldıra bilər. Bu ayələrdən göründüyü kimi, bu qanadlaradan biri Quran oxumaqdır. İkincisi isə namaz qılmaqdır. İnsanı Allaha yaxınlaşdıran əməl - namazdır.
Bu ayələrdən belə nəticə çıxartmaq olar ki, saleh alimlərin bu sifətləri vardır:
- Ruhi cəhətdən qəlbləri Allahın əzəmətinə görə ümid və qorxu ilə doludur.
- Dilləri Allah ayələrini oxumaqla məşğuldur.
- Əməl cəhətdən isə namaz qılır və Allaha ibadət edirlər.
- Əməl cəhətdən əllərində olandan ehtiyacı olanlara infaq edirlər.
O kəslər ki, namaz qılır və Allah yolunda infaq edirlər - başqa bir aləmə inanır və əlaqə göstərirlər. Onlar yaxşı əməllərini özlərindən qabaq ora göndərirlər və öz əməllərinə görə qorxmurlar.
Hər kim bu cür əməl edər - Allah onu mükafatlandırar, onu bağışlayar və ona uça biləcəyi bu iki qanadı verər.
O kəslər ki, Allahın Kitabını oxuyur və namaz qılırlar, bütün səyləri ona görədir ki, Allah mükafatlarını kamil şəkildə versin və əməllərinin savabları məhv olmasın.
Allah namaz qılanların əcrini həm bu dünyada və həm də axirətdə verər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri