Bir ayə bir açıqlama: Yasin surəsi, 81

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 721
Səs ver:
(səs: 5)
Məgər göyləri və yeri yaradan onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! (Yasin surəsi, 81) Hər şeyi istədiyi anda yaratmağa qadir olan uca Allah bu ayədə sonsuz yaratma gücünü bizə bildirir.
Allah hər şeyin Yaradanı kimi bütün varlıqların yeganə sahibidir. Göyləri və yeri yaradan Allah istəsə, onların bənzərini də yaradar. Buludları Allah hərəkət etdirir, küləkləri Allah əsdirir, Günəşə temperaturu və işığı Allah verir, quşları havada Allah saxlayır, toxumu Allah cücərdir. Bitkilərə Allah fotosintez etdirir, planetləri orbitində Allah hərəkət etdirir. İnsanlar bu cür hadisələrin fiziki qanunlar, cazibə qüvvəsi, aerodinamika və bənzər maddi amillərlə əmələ gəldiyini zənn edirlər. Halbuki bəzilərinin unutduğu mühüm bir həqiqət var: bütün fiziki qanunları da Allah yaradıb. Kainatda yeganə qüdrət sahibi Allah’dır.
Biz yatarkən, oturarkən, yeriyərkən, heç ağlımıza gətirmədikdə belə, Allah kainatda mövcud olan bütün sistemlərin hamısını an-an yaradır. Varlığımızın davam etməsi üçün baş verən proseslərin hər biri Allah’ın nəzarəti altındadır. Kiçik addım atmağımız, habelə yerin cazibə qüvvəsindən dayaq-hərəkət sistemimizə, sinir və əzələ sistemimizdən beynimizə və ürəyimizə, hətta Yerin fırlanma sürətinə qədər hər şey Allah’ın həssas yaratmasından asılıdır.
Allah istədiyini istədiyi şəkildə və zamanda yoxdan yaradandır. Hər cür qüsurdan uzaqdır, heç nəyə möhtac deyil. Allah’ın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Allah bütün bu səbəblərin yaradanı kimi bunların heç birindən asılı deyil.
Göylərin və yerin Rəbbi olan Allah istədiyi təqdirdə bu səbəbləri də aradan qaldıra bilər. Ona görə, insan Allah’ın böyüklüyünü, qüvvətini düşünərkən öz duyğu orqanları və ağlı çərçivəsində düşünərsə, yanılar. Biz Allah’ın istədiyi ölçüdə öyrənirik.
Allah üçün yaratmaq çox asandır. Bunun üçün ayələrdə bildirildiyi kimi sadəcə "Ol” əmrini verməsi kifayətdir. Allah kainatdakı bütün qanunları Özü həyata keçirir və onları istədiyi formaya salır. Allah istədiyini istədiyi anda həyata keçirir. Allah göydə və yerdə olan hər şeyi əhatə edir, qüdrəti ilə hər şeyə hakimdir.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 2 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri