Zina nə üçün haram buyurulmuşdur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 107
Səs ver:
(səs: 2)
Bir məsələnin haram olduğu buyrulmuşdursa bu, Allah belə məsləhət bildiyi üçün haramdır. Digər səbəblər isə günahın əsl səbəbi deyil. Məsələn: donuz əti içərisində saxladığı virusa görə insan sağlamlığına zərərli və haramdır. Ancaq bu zərər aradan qaldırılarsa da yenə haramdır. Zərərin aradan qalxması, o şeyi halal etməz. Çünki o zərər bizim görə bildiyimiz qədərdir. Daha bizim görə bilmədiyimiz çox zərərlər var və bu məsələnin haram qılınmasının çox hikmətləri vardır.
 
Hər haram buyrulan məsələnin insana zərəri vardır. Ancaq biz bu zərərlərin nə qədərini bilirik?! Bizim bilməməmiz o məsələni zərərsiz etməz. Çox əvvəllər donuz ətinin zərərli olduğu bilinmirdi, ancaq elm irəlilədikdən sonra bu zərər ortaya çıxmışdır. Buna görə köhnədən zərəri bilinmədiyi üçün insanlar buna etiraz etməli idi. Ancaq belə bir məntiq icra etmə doğru olmaz. Biz əmr ediləni itaət etməklə hökümlüyük, elm irəlilədikcə də Allaha itaətimizin görülə biləcək faydaları çıxdıqca da inam artacaq.
 
Elm Allahın əmrlərinin hikmətlərini anlamaqda hələ acizdir , bunlar zamanla aydın olmaqdadır. Zinanın həm insanın şəxsi həyatına, həm də cəmiyyətə çox böyük zərərləri var. Bunlar psixoloqlar və sosioloqlar tərəfindən bildirilmişdir.
 
Zina İslamda və əvvəlki bütün səmavi dinlərdə haram və çox çirkin bir hərəkət olaraq qəbul edilmişdir. O böyük günahlardandır. Təcavüçülər və məsəb istiqamətli bir cinayət olduğu üçün cəzası da həddləri ən şiddətlisidir. Qul, zina səbəbiylə əldə edəcəyi keçici ləzzətlə bu ləzzətin ardınca gələcək olan şiddətli cəzanı, həyatında və ya Ölümündən sonra cəmiyyət qarşısında biabır olacağını, alnına vurulacaq olan utanc damğasını düşünər və bu günahı işləməyə yaxın durmaz. Ağlı sayəsində bu cinayətə uzaq dayanmağı seçim edər. Şəxsiyyət və dəyərini, ismətini və bədənini qorumaq üçün bu cinayətdən qaçmağı seçər.

Zinanın Zərərləri
Zina edən, dünyada üç zərərə uğrayar: İmkanı nöqsanlaşar, ömrü qısalar, üzündə nur qalmaz.
Axirətdə də üç zərərə uğrayar
1 - İlahi qəzəbə uğrayar. Hədis - i şərifdə buyuruldu ki, "Zina edənin üzü Cəhənnəmdə odda yanar."
 
2 - Hesabı çətin olar. Allahu təala Musa (ə.s.), "Zina edənə geyindiriləcək olan atəşdən köynək, bir dağa atılsa, dağ yanıb kül olar" deyə vəhy etdi.
 
3 - Cəhənnəmə atılar. Zina edib tövbə etmədən ölən, axirətdə böyük azablara düçar olar. Hətta cəhənnəm əhli belə bunlardan narahat olar.
 
Hədisi şərifdə buyuruldu ki, "Zina edənlərin cinsiyyət üzvlərinin qoxusu, bütün Cəhənnəm xalqına əza verər." Zərərin harasından dönülərsə qazancdır. "Zinakar Allah artıq məni bağışlamaz" deyərək günahlara davam etməməlidir! Günahım çox deyə tövbədən qaçmamalıdır. Ən böyük günahların da tövbəsi olar.
Qurani-kərimdə tərcümə olaraq buyurulur ki,
Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!"

قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri