Tövbə namazı

Müəllif: Narın Yağış
Şərhlər: 8
Baxılıb: 2 354
Səs ver:
(səs: 1)
Hər birimiz məsum olmadığımız üçün, gün ərzində çox sayda günahlar edirik. Ayıq və bəsirətli insanlar günahlarını dərk edən kimi tövbə edir və Allaha qayıdırlar. Etdikləri işdən peşman olub, bir daha həmin günaha qayıtmayacaqlarına söz verirlər. Tövbə dildə istiğfar deməklə bitməz. Öz şərt və şəraiti vardır ki, bilməyimiz faydalıdır.

Əziz Peyğəmbərdən (s) belə bir hədis gəlib çatmışdır. Peyğəmbərimiz (s) Zilqədə ayının bazar günlərinin birində evindən çıxır və üzünü tərəfdaşlarına çevirib buyurur: "Ey insanlar! Sizlərdən kim tövbə etmək istəyir?". Hamısı tövbə etmək istədiklərini bildirdilər. Həzrət Peyğəmbər (s) buyurdu:

"Qüsl (tövbə qüslü) və dəstəmaz (tövbə dəstəmazı) alın. Sonra dörd rükətli namaz qılın. Hər rükətdə 1 dəfə "Həmd", 3 dəfə "Tövhid", 1 dəfə "Fələq" və 1 dəfə də "Nas" surələrini deyin. Sonda 70 dəfə istiğfar edin və onu "Lə həvlə və lə quvvətə illə billahil-əliyyil-azim" cümləsi ilə tamamlayın. Sonra isə bu duanı oxuyun: "Ya Əzizu, ya Ğəffar. İğfirli zunubi və zunubə cəmiyəl-muminin və muminat. Fəinnəhu lə yəğfiruz-zunubi illa ənt"". ("Ey Əziz, ey Bağışlayan! Ey Mehriban! Mənim günahlarımı, bütün mömin qadın və kişilərin günahlarını bağışla. Çünki Səndən başqa heç kim günahları bağışlamaz").

Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir müsəlman yoxdur ki, bu namazı qılsın və ona səmadan nida edilməsin ki: "Ey Allahın bəndəsi! Sənin tövbən qəbul olmuşdur. Günahların bağışlanmışdır. İndi işlərinə yenidən başla". Başqa mələk ona deyər: "Ey Allahın bəndəsi! Xoş olsun halına! Mübarək olsun sənə və ailənə".

O biri mələk deyər: "Ey Allahın bəndəsi! İmanla öləcəksən, din səndən uzaq olmaz. Qəbrin geniş və nurani olsun". Cəbrayil (ə) nida edər: "Qəlbini xoş saxla ki, mən ölüm mələyi ilə bir yerdə yanına gələcəyəm və ona əmr edəcəyəm ki, səninlə merhiban olsun. Səni heç incitməsin. Ruhunu cismindən yavaş çıxartsın".

Peyğəmbərdən (s) soruşurlar ki, bu namazı  başqa bir aylarda da yerinə yetirmək olarmı? Əgər başqa zaman yerinə yetirilsə, həmin savaba malik olacaqdırmı? Həzrət (s) buyurur: "Həmin savaba malikdir. Bunları Cəbrayil (ə) merac gecəsi mənə öyrətmişdi".

Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri