İnşiqaq surəsinin fəzilətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 902
Səs ver:
(səs: 1)
"İnşiqaq" surəsi - Quranın 84-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 25 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: "Hər kim "İnşiqaq" surəsini oxuyar, Allah Qiyamət günü əməl dəftərinin başının arxasından verilməsindən onu saxlayar".
İmam Sadiq (ə) buyurur: "Hər kim "İnşiqaq" surəsini oxuyar və onu davamlı olaraq vacib və müstəhəb namazlarında qiraət edər, Allah hacətlərini yerinə yetirər və heç bir şey onunla Allah arasında fasilə salmaz. İnsanların hesab günündə Allahın inayətindən bəhrələnər". (Tebyan)
Bu surənin bərəkətləri:
1. Günahların bağışlanılması. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim çərşənbə gününün gecəsində dörd rükət namaz qılar və hər rükətdə "Həmddən" sonra "İnşiqaq" surəsini oxuyar - günahlardan elə xaric olar ki, anadan olduğu gün kimi olar. Allah onun üçün oxuduğu hər Quran hərfinə görə bir ilin ibadətini yazar".
2. Doğumun asan olması. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər doğumu ağır olan qadına "İnşiqaq" surəsini yazsalar və ondan assalar və onun üçün oxusalar - tez azad olar".
3. Şərdən uzaq saxlayar. İmam Sadiq (ə) buyurur ki, əgər bu surəni heyvanın boynundan assalar, bütün bəlalardan amanda olar və əgər mənzilin divarına yazsalar şər və bəlanı uzaq saxlayar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri