Allah kimləri lənətləyir? Cadu ilə kimisə lənətləmək olarmı? Cadu varmı?

Müəllif: Antikvar
Şərhlər: 7
Baxılıb: 6 838
Səs ver:
(səs: 2)
İnsan "lənət olsun" deyə bilərmi?
" "Lənət" ərəb sözüdür. Dilimizə tərcümədə məhrum olmaq, qovulmaq kimi mənaları verir". Bunu Bakı Dövlət Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, lənəti iki mənada izah etmək olar: "Bir Allahın lənəti var, bir də insanların. Bunlar fərqli mənaları kəsb edir. Öncə Allahın lənətinə aydınlıq gətirək. Allahın lənət etməsi bildiyimiz bəd dua deyil, bu Allahın mərhəmətindən uzaq olmaq mənasını ifadə edir. Məsələn, "Bəqərə" surəsinin 161-ci ayəsində belə buyrulur: "Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!" Bu o deməkdir ki, yəni kafirlər Allahın mərhəmətindən uzaqdırlar".
A.Şirinov qeyd etdi ki, Allah "Qurani-Kərim"də bir qisim insanları əməllərinə görə lənətləyir: "Bunlar hansı əməllərdir? Allahın əmrlərini pozan, Yer üzündə fitnə-fəsad törədən, qul haqqı kimi qəbul etdiyimiz insan haqlarını tapdalayan və s. kimi əməlləri edən kəslər lənətlənir. Əgər bu günahkarlar dünyada ikən tövbə etməzlərsə, bağışlanmayacaqlar. Lakin islam mərhəmət dinidir. Dinimizə görə, etdiyi əməldən peşman olan hər kəsə tövbə qapısı açıqdır. Günahın dərəcəsindən asılı olmayaraq, hər kəs tövbə edə bilər".
İlahiyyatçının sözlərinə görə, hətta islamda ən ağır günahlardan sayılan şirkin də töbvəsi var: " Yetər ki, qul səmimi olaraq peşman olsun və haqq yoluna dönsün. Mövlana Cəlaləddin Ruminin məşhur bir sözü var: "Min dəfə tövbəni pozsan, yenə gəl". Müsəlman dəfələrlə tövbə edə bilər. Allah mərhəmətlilərin ən mərhəmətlisidir. "Qurani Kərim"də "Tövbə" surəsi istisna olmaqla, qalan bütün surələr Allahın iki mərhəmət atrubutu- rəhman və rəhim adları ilə başlayır. Başqa ayələrdə isə Allah bildirir ki, mənim rəhmətimdən ümidinizi kəsməyin".
A.Şirinov əlavə etdi ki, Allahın lənətlədiyi kəslərə insanlar lənət deyə bilməz: " Bu Allahın sözüdür. Biz hər qarşımıza çıxana lənət oxumamalıyıq. Ümumiyyətlə, islamda insanın lənət deməsi tövsiyyə olunmur. Peyğəmbərimizdən rəvayət olunan bir hədisdə belə buyrulur: " Mömin çox lənət edən olmaz". Bu ədəb baxımından da doğru sayılmır".
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 6 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri