Ölüm anında şeytanın hiyləsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 746
Səs ver:
(səs: 1)
O zaman ki, insan ölüm anında olar, canı bədənindən çıxmaq istəyər, şeytan (lən) öz yoldaşları ilə bir yerdə başının üstünə gələr. Çalışar ki, müxtəlif hiylələrlə imanını aradan aparsın. Bu, can verən insan üçün ən ağır anlardır. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "Elə bir insan yoxdur ki, şeytan ölüm anında məmurlarının biri ilə yanında hazır olmasın ki, onu vəsvəsə etsin. Dinini şəkkə salsın və onu küfrə çəksin. Bu vəsvəsə o zamana qədər davam edər ki, ruhu bədənindən xaric olar. Əgər can verənin imanı zəif olarsa, şeytan asanlıqla onu ondan alar, dünyadan kafir gedər. Əgər can verən həqiqi mömin olarsa, şeytan ona qələbə çala bilməz. Dinini və imanını ala bilməz".
Həzrət (ə) başqa yerdə buyurur: "Nə zaman can verən insanın yanına getsəniz, ona şəhadətləri təlqin edin ki, şeytanın ona ələ çatmasın".
Başqa hədisdə oxuyuruq: "O zaman ki, insan ölüm anında olar, şeytan dostları ilə onun yanına gələrlər. Sağ və sol tərəfində əyləşərlər. Deyərlər: "Dinini burax və de ki, Allah iki dənədir. Bu yolla sənə üz verən bəladan nicat taparsan"".
"İnsan ölüm anında çox susuz olar. Şeytan da bu fürsətdən imanını almaq üçün istifadə edər. Sərin su ilə dolu qabı əlində tutar və insanın yanında əyləşər. Qabı hərəkət etdirər. Can verən də şeytanı tanımadığına görə deyər: "Bu sudan bir qədər mənə ver ki, içim". Şeytan cavabında deyər: "Əgər su içmək istəyirsənsə, de ki, dünyada Allah mövcud deyildir". Əgər cavabını verməsə, üzünü çevirər. Şeytan hər tərəfdən zahir olar və həmin qabı hərəkət etdirər. Mömin şəxs yenə su istəyər. Şeytan deyər: "Əgər su içmək istəyirsənsə de Muhəmməd (s) mənim peyğəmbərim deyildir". Əgər onun imanı zəifdirsə bu cümləni deyər. Bu yolla da imanını şeytana verər, dünyadan kafir gedər. Bu zaman o məlun suyu yerə tökər və qabı sındırıb deyər: "Mən öz işimi gördüm və sənə ehtiyacım yoxdur". Ancaq əgər imanı möhkəm və sabit olarsa, şeytanın sözünü rədd edər. Ona diqqət etməz".
Əgər insan istəyirsə ki, imanı şeytanın əlinə düşməsin, gərək din alimlərinin tövsiyə etdiyi əməlləri yerinə yetirsin. Misal üçün, gecə namazında Allahdan istəsin ki, imanını kamil etsin, şeytanı ondan uzaq etsin və ona verdiyi nemətə görə şükür etsin. Güzəştli olsun və Allah bəndələrinə zülm etməsin. Ədilə duasını çox oxusun. Məsumlara (ə) olan etiqadını möhkəm etsin. Namazlarını zay etməsin.
Can verən insanın yaxınları həmin şəxsin yanında Quran oxumalıdırlar və ona şəhadətləri təlqin etməlidirlər.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, namazlarını qoruyar və onların şərtlərini ilə yerinə yetirər o zaman ki, şeytan imanını almaq üçün gələr, Ölüm mələyi o məlunu qovar. Şəhadətləri o şəxsə təlqin edər".
İmam Sadiq (ə) başqa yerdə buyurur: "Şeytan mümkündür ki, insanın atası və ya babası simasında gəlsin və desin: "Məzhəbindən və imanından əl çək. Çünki mən də bu dində idim və indi mənə buna görə əzab verirlər"".
İmam Sadiq (ə) buyurur: "Ölülərinizi heç bir zaman tək qoymayın. Çünki şeytan onunla oyun oynayar. Daxillərinə ziyan vurar".


(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 746
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri