İçki içməyin günahı

Şərhlər: 2
Baxılıb: 1 865
Səs ver:
(səs: 1)
İçki içmək böyük günahdır və bütün pisliklərin başlanğıcıdır. İçki ağlı aparır, malı israf edir, xəstəliklərə səbəb olur və insanı hörmətdən salır. İçki insanlar arasında düşmənçilik yaradır, Allahı xatırlamağı unutdurur, zinaya (ailədən kənar cinsi əlaqə) sövq edir, hətta qətlə səbəb olur. İçkili insanlar asanlıqla Allahın hədlərini aşırlar. İçki nəticəsində neçə-neçə ailələr dağılmış, varlı adamlar müflis olmuş, evlərdən bərəkət getmiş, əvəzinə bəla və müsibət gəlmişdir.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91) 
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir" (Tirmizi, Sehr, 59; Əbu Davud, Əşribə, 2) 
"İçkiyə aludə olan heç kim Cənnətə girməyəcək" (İbn Macə, 3376) 
İçkini necə tərgitmək olar?

Digər günahlar kimi içkini də yalnız Allaha dua edərək ondan yardım istəməklə tərgitmək olar. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir" (əl-Ənkəbut, 45) 
Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin" (Əbu Davud, Tirmizi) . Bu səbəbdən günaha aparan dostlardan uzaqlaşmaq, mömin, xeyirli insanlarla dostluq etmək lazımdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri