İmam Əli(Ə) və Mübahilə hadisəsi

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 1 702
Səs ver:
(səs: 0)
Məhəmməd M. 631/H.Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristiyanları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristiyanlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristiyanlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristiyanlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün biraz vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur. Amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristiyanlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri Həsən və Hüseyni gətirir. Xristiyanlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristiyanlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri