Bir müsəlman olaraq bilməli olduğunuz məlumatlar!!!

Müəllif: Onun_Mələyi
Şərhlər: 1
Baxılıb: 3 803
Səs ver:
(səs: 1)
1) Sual: Quran neçə surədən ibarətdir?
Cavab: Quran 114 surədən təşkil tapmışdır.
2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir?
Cavab: Quran 30 cüzdən ibarətdir.
3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
Cavab: Quran 120 hizbdən ibarətdir.
4) Sual: Quranın neçə ayəsi vardır?
Cavab: Quranın 6236 ayəsi vardır.
5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir?
Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.
6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?
Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.
7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?
Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.
8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs- Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)
9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(ﺃ) hərfidir.
10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən az işlədilmiş hərf za (ﻅ) hərfidir.
11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir.
12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır.
13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir. (36-cı surə).
14) Sual: Quranın ən böyük surəsi hansıdır?
Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə). 15) Sual: Quranın ən kiçik surəsi hansıdır? Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).

16) Sual: Quranda ən böyük ayə hansıdır?
Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).
17) Sual: Quranda ən kiçik ayə hansıdır?
Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) ِﻥﺎَﺘَّﻣﺂﻫْﺪُﻣ “Mudhammətan” ayəsidir ki, ər- Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).
18) Sual: Quranda ilk surə hansıdır?
Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir. (1-ci surə)
19) Sual: Quranın sonuncu surəsi hansıdır?
Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir. (114-ci surə)
20) Sual: Quranda ən böyük kəlmə hansıdır?

Cavab: Quranda ən böyük kəlmə ُﻩﻮُﻤُﻛﺎﻨْﻴَﻘْﺳَﺄَﻓ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).
21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır?
Cavab: Quranın ortasında yerləşən kəlmə “əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, ْﻒَّﻄَﻠَﺘَﻴْﻟَﻭ “vəlyətələttəf” kəlməsidir. (18-ci surə).
22) Sual: Quranda neçə surə “Qul” (yənie) kəlməsi ilə başlayır?
Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:
1. “əl-Cinn” surəsi. (72-ci surə)
2. “əl-Kafirun” surəsi (109-cu surə)
3. “əl-İxlas” surəsi (112-ci surə)
4. “əl-Fələq” surəsi (113-ci surə)
5. “ən-Nas” surəsi (114-ci surə)

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə).
2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).
24) Sual: Bütün ayələrində ﻪﻠﻟﺍ “Allah” kəlməsi olan surə hansıdır?
Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə)
25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)
26) Sual: Hansı surə Quranın ürəyi adı ilə tanınmışdır?
Cavab: “Yasin” surəsi (36-cı surə)
27) Sual: Quranın gəlini adı ilə tanınan surə hansıdır?
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə)
28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?
Cavab: “əl-Fəcr” surəsi (89-cu surə)
29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əs-Səff” surəsi. (61-ci surə)
30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd məsumun sayı qədərdir?
Cavab: “əl-Әsr” surəsi (103-ci surə)
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri