Xeyirxah insanın 4 nişanəsi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 087
Səs ver:
(səs: 0)
Əmirəl-möminin (ə) buyurur: "Bilin ki, Quran elə xeyirxahdır ki, xəyanət etməz, elə bir hidayətçidir ki, yolunu azdırmaz, elə bir natiqdir ki, yalan danışmaz".

Dinimizi xeyirxahlıq olmadan təsəvvür etmək olmaz. Xeyirxahlıq - kin və həsədin əksidir. Xeyirxahlıq odur ki, insan Allahın nemətinin və xeyirinin müsəlmanlara çatmasını istəyər və onlara zülm və şərin dəyməsini kərahət bilər.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ali məqamlı insan o kəsdir ki, xəlq üçün xeyirxahlıq yolunda hamıdan daha əvvəl addım atar". İlahi peyğəmbərlər (ə) və İmamlar (ə) xeyirxah insanlar olmuşdular.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Allah yanında ən yaxşı insan - insanlar üçün daha faydalı olanıdır". Xeyirxah insan həmişə başqaları üçün bir iş görər və özünü ikinci plana atar.

İmam Səccad (ə) buyurur: "Başqaları üçün xeyir addım at, əgər o, onun əhli olarsa, sən haqqı əldə etmisən, əgər əhli və layiqli olmazsa, sən ona layiq olarsan".

Hər kim başqasının xeyrini istəyər, ona çatan xeyirdə onunla şərik olar. Yəni, savabı xeyri çatdıranın savabı kimi olar. Ona görə də əgər kimisə xeyir işə tərəf hidayət etsəniz və o, həmin əməli yerinə yetirərsə, siz də həmin əməlin savabında onunla şərik olarsınız.
Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən hər biriniz necə ki, öz xeyirxahısınız, gərək qardaşınızın da xeyirxahı olasınız".


İmam Sadiq (ə) buyurur: "Hər kim onunla mömin qardaşı məsləhətləşərsə və ağlına görə onun xeyirxahlığı üçün olan şeyi ona deməzsə, Allah Təala ona verdiyi ağıl və rəyi ondan geri alar".

Həzrət Peyğəmbər (s) buyurur: "Xeyirxah şəxsin nişanəsi 4 şeydir: haqla hökm çıxardar, özündən başqalarına haqq verər, özü üçün bəyəndiyini başqaları üçün də bəyənər, heç kəsin (haqqına) əl uzatmaz".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri