Deyib; sənə güvənmirəm get hansı oğlanla yazışırsan yazış - Məsləhət verin

Müəllif: Sweet Candy
Şərhlər: 15
Baxılıb: 6 055
Səs ver:
(səs: 1)
Bu yazını çox yaxın ailəvi dostumuzun qızı üçün yazıram.Yəni onun xahişiylə.Özü saytda yoxdu deye məndən xahiş etdi.

Deməli belə.Bu qızın 25 yaşı var ali təhsilli müəllimədir.Coğ.müəlliməsi.Rayon qızıdır.Bu bir oğlanla əvvəlcə dost kimi ünsiyyət saxlayıb ,sonra sevgiyə çevrilib bu münasibət.Oğlanın çox israrıryla.1-il dost, artıq il yarımdan çoxdur da sevgili kimi.Qız sözün əsl mənasında əxlaqlı qızdı.Ailəsi də ziyalı və sadə ailədir.Bu oğlanın isə 27 yaşı var.O da təhsillidir dövl.işində işləyir.Oğlan Bakıda yaşayır.Onlar necə tanış olub dəqiq bilmirəm düzü.Qızın narahatlığı nədir?oğlanın laqeyid və kobud olmağı.Ama sevgisinə də əmindir dediyinə görə.Ciddi bir addım da atmır.Sadəcə danışır gələcəyə aid xəyallar qurur.Oğlanın ailəsi məmur ailəsidir.Qız deyir ki bir dəfə xəyanətini də bağışladım.Hətda hirslə dediyi ən ağır təhqirini də.Bəhanəsi də valideyinin ağır xəstəlik keçirməsi olur bu yaxın zamanlarda.10-gündür də qızı blok edib whatsappda.Nə bir zəng nə bir mesaj.Təhqirlə sağollaşıb.Davaya da səbəb instag.da qızın onun saatlarla aktiv görüb blok etməsi olub.Deyib sənə güvənmirəm mən bitdi get hansı oğlanla yazışırsan yazış.

Bu qıza onnan uzaq durmağını məsləhət bildim mən.
Xanımlar siz də təcrübəli qadınsız xahiş edirəm bir ağıl fikir verin mənə.

P.S: Bu mesaj saytdakı bir xanım tərəfindən göndərilib.
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 6 055
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri