Çat xəyanəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 14 771
Səs ver:
(səs: 9)
 Hadisəni danışan qız deyir: "Allahın salamı və bərəkəti üzərinizə olsun, ey bacı və qardaşlarım! Budur, mənə, həqiqətən, əzab verən, təəssüfləndirən, həyatımı alt-üst edən, ailəmi dağıdan, həyat yoldaşımla yollarımızı ayıran hekayəni sizə danışıram

Mən mühafizəkar və tanınmış bir ailənin əxlaqlı və İslam tərbiyəsi ilə yetişdirilmiş qızı idim. Heç vaxt düşüncəsiz hərəkət etməmiş, əyləncə axtaran bir qız olmamışdım. Allahı qəzəbləndirəcək bir iş tutduğum da yadıma gəlmir. Mən məni sevən, mənim də onu sevdiyim, mənə həddindən artıq etibar edən çox yaxşı bir insanla evləndim... Onun ərköyün həyat yoldaşıydım. Hətta valideynlərim və bir çox qohum-əqrəbam həyat yoldaşımın məni indiyədək heç bir qızın görmədiyi dərəcədə ərköyünləşdirdiyini deyirdilər. Ərimin ondan nə isə bir şey istədiyim zaman mənə "yox" kəlməsini dediyini xatırlamıram. Ürəyim nə istəsə alıb gətirərdi.

Bir gün ona internetdən istifadə etmək istədiyimi dedim. Ərim əvvəlcə bunun yaxşı fikir olmadığını, mənim üçün münasib hesab etmədiyini dedi. Mən isə hiyləgər hərəkətlərimlə və sözlərimlə məqsədimə çatdım. Ərimə kompüter aldırdım və internetdən pis niyyətlə istifadə etməyəcəyimə söz verdim. Ərim bunu qəbul etdi (kaş, qəbul etməsəydi

İnternetə qoşulduqdan sonra məni əyləndirə biləcək nə var idisə sevinclə oraya daxil olurdum. Hətta vəziyyət o yerə çatmışdı ki, ərim hər gün işə gedən kimi kompüter qarşısında əyləşir, internetdə vaxt keçirirdim. Aradan bir müddət keçdikdən sonra onun evdə olduğu zamanlarda belə kompüter qarşısında vaxtımı keçirməyə başladım. Ancaq ərim məndən nə iş gördüyümü soruşmurdu, çünki mənə etibar edirdi. Beləcə günlər keçirdi. Bir gün internetdən istifadə edən bir rəfiqəm mənə "çat" proqramından danışdı. "Çat çox əyləncəlidir. İnsanlar bu proqramda bir-biriləri ilə ünsiyyət qurur, danışırlar. Vaxtın necə keçdiyini hiss eləmirsən", - dedi. Rəfiqəmin şirnikləndirici sözlərindən sonra "çat"a daxil oldum- kaş olmayaydım..

Mən çatda yalnız ötəri söhbətlərlə aldanacağını, kiminləsə bir müddətliyinə ünsiyyət quracağımı zənn edirdim. Ancaq bu proqrama daxil olduqdan sonra heç də düşündüyüm kimi omadı. Çatda bir oğlanla tanış oldum. Hər gün onunla virtual şəkildə görüşür və söhbət edirdik. Tanış olduğum oğlan mənə öz yüksək əxlaqı ilə digərlərindən fərqli bir təsir bağışlayırdı. Çatda daha əvvəl ünsiyyət qurduğum insanlardan onun kimisinə rast gəlməmişdim. Ərimi daha əvvəl heç kimi sevmədiyim qədər sevməyimə baxmayaraq, saatlarla çatda vaxt keçirir və tanış olduğum oğlanla danışırdım. Ərim həmişə evə gəldikdə məni kompüterin qarşısında tapır, internetdə bu qədər vaxt keçirməyimə hirslənirdi. Mən isə bir insanı bəyənmişdim və onunla yalnız onu bəyəndiyim üçün danışırdım. Günlər keçdi və bu bəyənmə sevgiyə çevrildi. Çatdakı tanışıma ərimdən daha çox bağlandım. Artıq həyat yoldaşımın əsəbindən "qaçıb" çatda onunla söhbətimə davam edirdim...

Bir dəfə yenə həyat yoldaşımla mübahisə etdiyim zaman özümü ələ ala bilmədim və onunla dalaşdım. Bundan sonra o, internet abunəliyini ləğv etdi və kompüteri apardı. Mən ərimə qəzəblənmişdim. Çünki ilk dəfə idi ki, mənə qarşı belə rəftar edirdi. Onu daha da əsəbləşdirmək üçün çatda danışdığım adamla telefonla əlaqə saxlamaq qərarına gəldim. Çatdakı tanışım əvvəllər onunla danışmağım üçün mənə yalvarmasına baxmayaraq, bunu qəbul etmirdim, indi isə... Bir gün ona zəng etdim, danışdıq. Elə bu andan etibarən ərimə olan XƏYANƏTİM başladı

Hər səhər həyat yoldaşım işə getdiyi zaman oğlana zəng edir, danışırdım. Yeni sevgilim mənə ərimdən ayrılacağım təqdirdə evlənməyi vəd edir və onunla görüşməyim üçün çox yalvarırdı. Onun istəklərinin arxasınca sürükləndim və oğlanla görüşdüm. Görüşlərimiz bir qadının ərinə xəyanət etdiyi zaman yol verə biləcəyi ən böyük günaha düşənə qədər davam etdi; aramızda intim münasibət baş verdi. Çatda tanış olduğum insanı sevmişdim. Ərimdən boşanmaq qərarına gəldim. Ona: "Səndən boşanmaq istəyirəm", - dediyim zaman o: "nə üçün?" - deyə soruşdu. Aramızda problemlər çoxalmışdı və mən artıq dözə bilmirdim. Artıq ərimi xoşlamırdım.

Ərim onu başqası ilə aldatdığımdan şübhələnmişdi və məsələnin iç üzünü araşdırırdı. Bir dəfə telefonda biri ilə danışdığımı başa düşdü. Ona həqiqəti açıb söylədim. Bütün bunların müqabilində ərimin mənə xoş münasibət göstərməsinə baxmayaraq, onu istəmədiyimi, artıq onunla yaşamaqdan xoşlanmadığımı dedim. Ərim isə bu vəziyyəti hamıya "ağ" eləmədi. O: "Səni sevirəm, ancaq evliliyi davam etdirə bilmərəm. Allah sənin və bizim günahlarımızı bağışlasın. Ailənə mənimlə yaşamaq istəmədiyini, bir-birimizə uyğun olmadığımızı başa düşdüyünü deyərsən", - dedi. Halbuki, ərimin xoşlamadığı yeganə şey internetdən qaynaqlanan adi problem idi. Mənə qarşı heç vaxt kobud rəftar etməmişdi, heç bir qüsuru da yox idi. Yalnız interneti evdə istəmədiyini demişdi. Mən isə kor idim və hər şeyi ancaq iş-işdən keçdikdən sonra başa düşə bildim; internetdə tanış olduğum gəncin sözləri mənim ərimdən ayrılmağıma səbəb olmuşdu.

Yeni sevgilim mənə: "Səndən başqasından xoşlanmadım. Həyatımda səndən daha şirin bir qızla tanış olmadım. Sən həyatımda gördüyüm ən yaxşı insansan", - deyirdi. Ancaq sonda bu xainin sözlərinin məni ildırım kimi vuracağını haradan biləcəkdim? Ərimdən boşandıqdan sonra o: "Əgər evlənsəm əsla tanımadığım, yaxud çatda tanış olduğum bir şəxslə evlənmərəm. Tanış olduğum şəxs sənin kimi yaşı çox və ağılsız biridirsə, heç evlənmərəm... Bir qızı sevsəm və bu qız çatda tanış olduğum və evlənməyi düşündüyüm bir insan belə olsa, yeniyetmə olanına üstünlük verər, onunla tanış olar və onu istədiyim kimi istiqamətləndirərəm. Ancaq sənin kimi evli olduğu halda ərinə xəyanət edən biriylə əsla!!!"

İndi çaşqınam, nə edəcəyimi bilmirəm. İntihar etməyi belə fikirləşirəm.

Bəlkə siz bu sətirləri oxuduğunuz zaman mən artıq həyatda olmayacam. Bəlkə də Allah mənə doğru yolu göstərib qaranlıq yoldan uzaqlaşdıracaqdır. Allaha əmanət olun!"
(səs: 9)
Şərhlər: 3
Baxılıb: 14 771
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri