Evliyəm, amma sevgilimdən hamiləyəm - Oxucu məktubu

Şərhlər: 17
Baxılıb: 45 434
Səs ver:
(səs: 4)
Salam .Bilirəm ki, çoxunuz mənim həyatımı anlamayacaq, məni qınayacaq. 24 yasım var. Rusiyada yaşayıram, ailəliyəm, bir övladım var.  Ən böyük səhvim sevmədiyimlə ailə qurub, bura gəlməyim oldu. Deməzdim yoldaşım pis insandı, yox… Problem məndədi…
 Mən evin sonbeşıyi olmuşam və daima sözə baxan  idim. 18 yaşım var idi, təzəcə tibb kursunu  bitirmisdim, iş də təklif olunmuşdu, sevdiyim oğlan var idi. 1 ildən çox idi sevirdim onu və birdən mənə tanımadığım ailədən elçi gəldilər. Ondan əvvəl də  təkliflər olurdu, anama deyirdilər, evdə böyük bacım olsa da mənə ən çox elçi söhbətləri olurdu.  Mənsə bu dəfəkilərinə əvvəldən "yox" dedim. Anamsa israrla məni yola gətirməyə çalışırdı. Artıq ikinci elçilikdə "hə” dedilər. Oğlan da qəti xoşuma gəlmədi. Mən tez sevdiyimə məsələni danışdım, o isə məni naümid qoydu,  dedi ki, hələ evlənməyə hazır deyil. Onun 22 yaşı vardı, bir də dedi ki, istəyirsən evlən, istəmirsən özun bil.
Anam da daima mənə "sənin sevdiyin səni almıyacaq” - deyirdi. Nə isə, sevdiyimin bu sözlərindən sonra anama: " özün bil, boşanıb qayıtsam məndən incimiyin” dedim.  Anam yenə şirin dillə bizi atasız necə çətinliklə böyütdüyünü deyirdi.  Atam ömür boyu Rusiyada gəzib dolaşıb bizə köməyi dəymiyib, qardaşımın da həmçınin. Bilirəm, anam bizim üstümüzdə çox əzab-əziyyət çəkib, amma mən niyə özüm sevmədiyim, könlümə yatmayan birisiylə evlənim axı?  Bu həyatı mən yaşayacaqdım, həm də nə yaşım vardı mənim? 
Bu sözlərdən sonra anama dedim: "Özun bil!”
 İki həftənin içində toy etdilər, mən dedim heç olmasa vaxtı uzadın oğlanı tanıyım, bəlkə heç xasiyyətimiz tutmur?
 Bunlarsa israrla toyun vaxtını dəyişdirmədilər. Mən istəyirdim ki, vaxt uzadılsın, oğlana hər şeyi deyim. Mənə qulaq asan olmadı. Oğlanla söhbət filan olmadı, yalnız üzük  alanda birinci dəfə salamlaşdıq. O söhbətə çalışsa da mən  bəhanə gətirib söhbət etməkdən qaçırdım. İki həftə ərzində sevdiyim oğlanla danışırdım, görüşürdüm, artıq nələrinsə  olmağı o qədər də vecimə deyildi. Toydan sonra gəldik bura,  mən o insanı  özümə yaxın da buraxmırdım . Bura gələndən  mənimlə dalaşdı, şübhəsi vardı… məcburi oldu bu iş...sonra bir övladım oldu,  artıq elə bil bədbəxtçiliklə yaşayırdım,  heç kəsə bir kəlmə demirdim  hamiləlik dönəmində də çox çətin günlərim oldu.  Cəmi bir neçə ayın gəlinini artıq rus qızlarına dəyişdirirdi ərim,  ac qalırdım, baldızmın evində, sonra kənddə ev tutdu, heç bir şəraiti olmayan yiyəsiz xarabalığa oxşayan… Qaynannamgil isə daima "hərə öz başına çarə qılsın, heç kəsə kömək eləməyə borcum yoxdur” - deyirdi. Gecələr çox gec gəlirdi evə. Mən də daima ağlıyırdım, boşanmaq istəyirdim, amma anamgili, bacılarmı düşünüb fikrimdən daşınırdım. Böyük bacımın ailəsi alkaqola meyili olduğu üçün boşanıb,  dedim mən də boşansam anama  dərd olacaq. Mən öz səhvlərimi bilirəm,  amma heç cür bir yol tapa bilmirəm. 
Bu munasibətlərdən sonra mən  başladım sevdiyim oğlanla danışmağa. Osa mənə niyə belə tez evlənib getməymi soruşurdu, cavab verə bilmirdim. Onların ailəsi də məni xoşluyurdu, bu sözlər  daima beynimdə fıranırdı, ondan başqasına ürəymi verə bilmirdim. İl yarımdan sora getdim usağımla vətənə, yenə onu gördüm, hər şey gözümün  önundən keçdi. Yalnız bacım bilirdi, o da məni danlıyırdı ki,  düz hərəkət etmirsən… Amma heç nə edə bilmirdim, daima yoldaşımı sevmədiymi,  belə yaşamaq istəmədiymi deyirdim. Bu yaxınlarda özümə qəsd etdim,  bezib hər şeydən,  çünki yoldaşımı da aldatdığıma görə özümə nifrət edirdim.  Məni ağır halda xəstəxanaya çatdırdılar. Bir aydan çox qolumdan müalicə aldım damarlarımı doğramışdım,  indi də bir qolum yaxşı işləmir. Heç kimə nəyin üstündə intihar etmək istədiyimi demədim,  uşağıma görə özümə bir də qəsd etməyəcəyimə söz verdim, çünki mən xəstə olduğum vaxt hec kimdən kömək görmədım.  Adicə  yoldaşım mənə əsəbləşirdi,  kefsiz olduğuma görə..
O oğlan da artıq evil idi. Ona dəfələrlə dedim ayrılaq, o sa "bacarırsansa ayrılaq” dedi. Bir ay bundan qabaq vətəndə qaldım iki həftə, yenə görüşdüm onunla. Dedim:  bəsdi artıq sənə deyə bilmərəm yoldaşından ayrıl gəl birgə olaq, demirəm də…  O isə  dedi: - onu ata bilmərəm bunu düşünmə ki, ayrılacam. Bura gələndən sonra bildim ki,   hamiləyəm, 3 aydayam artıq, onunla da danışmıram,  uşaq ondandır, ancaq hamilə olmağmı heç kim bilmir.  Yoldaşım sumkamda UZİ  kağızın görüb niyə  hamiləliymi gizlətdiymi  soruşdu,  mənsə söhbətdən yayındım.
 Bilmirəm uşağı saxlıyım ya yox? Yoldaşımsız aborta gedə bilmirəm. Həkimlər burda qəbul etmir. Artıq  yoldaşım da  xəyanət etmir,  bilirəm,  mənim ona qarşı soyuq münasibətmi anlamır. Bunun üstündə dalaşırıq, günlərlə küsüb gedir danışdırmır məni. Mən ondan hec incimirəm də,  çünki haqqım  yoxdu.  Sadəcə deyirəm ki,  sən yaxşı insansan,  məni boşa get özünə, xasiyyətinə uyğun birini al…
 O isa mənim dediklərmi anlamır, başımda  problemim olduğunu deyir. Mənim bu sevgim  məni məhv etdi,  mən heç nə istəmirəm bu həyatda. Ora gedib , anama yük olmaq da istəmirəm,  yoldaşımı aldadaraq yaşaya da bilmirəm.  Övladıma gorə bir də canıma qəsd etmərəm. Sakit ev olsun,  uşağımla yasayım. Bir sözlə fikirlərim qarışıb. Bilmirəm nə edim? Mənə məsləhət versəydiniz çox sevinərdim..."
(səs: 4)
Şərhlər: 17
Baxılıb: 45 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri