Taleyimin geri aldığı hədiyyəsi - Oxucu məktubu

Şərhlər: 8
Baxılıb: 5 349
Səs ver:
(səs: 2)
Bu barədə fikirlərimi kimsə ilə bölüşmürəm. Hər kəsin məni tənqid edəcəyindən qorxuram.
Elə çoxdandır bu barədə ən azından xəbər hazırlamaq istəyirəm, lakin cəsarətim çatmır. Sonunda bu gün qərara gəldim: Dərdimi bacılarımla bölüşəcəyəm. Mütləq.. Yoxsa içimi didib-dağıdır bu kədər.
Kim bilir hansı yaxşı əməlimə görə ALLAH onu mənə bəxş etdi və kim bilir hansı mənfi əməlimə görə geri aldı. Nəydi görəsən günahım? Günahım nə idi ki, üzünü belə görmədən itirdim onu. Ürəyimin altında hiss etdiyim övladımın xəyalı ilə yaşadım. Ad da fikirləşirdim ona. Halbuki oğlan ya da qız olduğu barədə heç bir təsəvvürüm yox idi. Bütün gələcəyini planlaşdırırdım. İkinci dəfə analıq hissini yaşamaq çox gözəldir. Ana olmaq gözəldir, bütün xanımlarımıza arzu edirəm bunu. Amma mənim kimi yox...

Qızılgül olmayaydı,
Saralıb-solmayaydı,
Bir ayrılıq,bir ölüm,
Heç biri olmayaydı.
Rəhmətlik nənəm həmişə göy üzünü seyr edə-edə bu bayatını oxuyurdu. O vaxt mənə müəmmalı gəlirdi. Amma indi hiss edirəm bu bayatıdakı dərdi-qəmi. Neyləyirəm o qızılgülü ki, sonra olmayacaq? Qoxusunu hiss etməmiş itirəcəyəm onu....Göz yaşları məni ovundurmur, qəti ovundurmur. Saatlarla bu barədə danışsam da ovunmayacağam. Onu geri istəyirəm. Amma bilirəm ki, mümkün olmayan bir şeyi istəyirəm.
Bir ananın çəkə biləcəyi ən ağır dərdi də yaşadım. Görəsən daha hansı sınaqlar gözləyir məni? Bundandamı çox ağrı yaşayacağam?
Bilmirəm.....Heç nə bilmirəm. Yalnız onu bilirəm ki, kimsəyə bu dərdi arzulamıram. Ətrafdakılar hiss etməyə bilər, amma ana üçün övlad elə övladdır. övlad itkisi isə ölümə bərabərdir, bəlkə daha ağırdır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 5 349
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri