Yoldaşımın telefonunda bir nömrə gördüm... - oxucu məktubu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 15 764
Səs ver:
(səs: 4)
İlk öncə hər kəsə Salam.
Xanımlar, sizlərin mənə köməyi lazıdmır. Biz yoldaşımla bir-birimizi 5 il sevmişik. Ailəm məni ona verməyə razı deyildi.
Mən ali məktəbi bitirmişdim o isə orta təhsilli idi. Həm də rayonda yaşayırdı. Bu səbəbdən, evin tək qızı olduğuma görə atam məni ona vermək istəmirdi.
Amma, mən onu sevirdim. Nəhatət ki, evliliyimiz baş tutdu. 4 ildən çoxdur ki, ailəliyəm.
İlk uşağım dünyaya gəldikdən sonra hiss etdim ki, yoldaşım məndən soyuyur. Əfsuslar olsun ki, heç bir vaxt hisslərim məni yanıltmayıb və yenə yanılmadım.
İlk dəfə idi ki, xəyanətə rast gəldim. Yoldaşımın telefonunda bir nömrə gördüm. Gözlərim qaraldı və yıxıldım. Özümü güclə toplayıb, yanına getdim və ondan soruşdum. Nömrənin ona aid olmadığını dedi. Amma, inanmadım. Onu yola verdim. İnamım çox qırılıb, bərpası mümkün deyil. Ondan sonra dəfələrlə belə şeylər gördüm. Anaq, bu dəfə, bir yox, bir neçə qızın nömrəsi var idi. Soruşanda hər dəfə boyun almırdı. Elə danışırdı ki, güya heçnə bilmirdi. 
Yəqin, səhv görmüşəm. İndi 2 övladım var. Boşanmaq istəmirəm. Sadəcə olaraq onu qorxudmaq üçün, evdən çıxıb gedəcəyimi deyirəm.
Oda deyir ki, bu evdən ancaq meyidin çıxar, başqa cür mümkün deyil. Məni sevdiyini deyir. Amma, inanmıram. Bəlkə də, düz deyir, amma, yenədə inanmıram. Özüm də həddən artıq qısqancam. O isə bundan bezdiyini deyir. Bilmirəm nə edim. Xasiyyətimi dəyişim,amma, necə? 
Məsləhət verin mənə,qızlar. Ağıl ağıldan üstündür.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 15 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri