Kişilər qadınlarda gözəllikdən daha çox bunları axtarır

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 4 576
Səs ver:
(səs: 1)
işilər qadınlarla ciddi münasibətə girmək, onlarla ailə qurmaq üçün bəzən gözəllikdən daha çox başqa xüsusiyyətlərinə diqqət edirlər.
Qadınla.Com xarici mediaya istinadən kişilərin qadınlarda daha çox axtardıqlarıxasiyyəti təqdim edir:

Macərapərəst
– Həyat dolu bir qadınla kim birlikdə olmaq istəməz ki? Həyatı dolu- dolu yaşayan, fərqli macəralar yaşamağı sevən qadınlar kişilər üçün vazkeçilməzdir.

Zarafat etmək
– bir qadının zarafatla arası yoxdursa, nə özü zarafat etmir, nə də qarşı tərəfdən ediləni başa düşmürsə, onlarla yola getmək çətindir

Qəm-kədərdən uzaq
- Həyat sürət qatarına bənzəyir. Bəzi günlər xoş, bəziləri isə pis keçə bilir. Ancaq hər kiçikproblemi böyük bir münaqişə halına salmaq lazım deyil. Bu münasibətləri soyuda bilər. Hər hadisəyə pozitiv yanaşan qadınlar kişi qazanmaq baxımından bir addım öndədirlər.

Qüsurları qəbul etmək
– sağlam münasibət üçün qarşı tərəfin mükəmməl olmadığını başa düşmək lazımdır. Kişilər onları olduğu kimi qəbul edən və dəyişdirməyə çalışmayan qadınları daha çox sevirlər.

Yaradıcı olmaq -
əgər bir qadının yaradıcıruhu varsa, o, kişinin qəlbini fəth edə bilər. Sevdiyi insana əsər yazmaq, şəkliniçəkmək və digər bacarıqlar kişiləri həmişə şad edir.

İsti münasibət –
kişilər onlara daha kübar yanaşan qadınlara üstünlük verirlər. Təkcə özləri ilə deyil, ailə üzvləri ilə də mülayim münasibətdə olan qadınlar ciddi münasibətdə ola bilərlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 576
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri