Kişilər makiyajımız haqqında nə düşünür?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 119
Səs ver:
(səs: 0)

Makiyaj etməyi çox sevirik, amma bəzən bunu daha qabarıq şəkildə edirik. Hansı qadının kosmetikalarla arası pisdir ki? Görəsən kişilər bizim makiyajımız haqqında nə düşünür ?

Qadınların, əks cinsdə yaxşı təəssürat oyatmağı üçün ən çox istədiyi möhtəşəm makiyaj etməkdir. Hamımız makiyajı daha yaxşı və gözəl görünmək üçün edirik, bu sirr deyil.
Təbii makiyaj
Əlbəttə, kişilər makiyaja qarşı deyillər. Onların problemi qabarıq, şişirdilmiş makiyajdır. Çox makiyajı sevmirlər. Təbii makiyaj, onlar üçün ən yaxşısıdır. Tuş, yüngül ənlik və dodaq boyası kifayətdir.
Göz makiyajı
Kişilər parlaq və tünd rəngli göz makiyajını çox da cəlbedici hesab etmir. Çəhrayı, sarı rəng kimi tonlar onlara görə deyil. Onların idealı neytral tonlarda göz tonlarıdır. Qara və qəhvəyi rəngli göz qələmi ilə gözlərinizin gözəlliyini gizlətməyin. Açıq göy rənglə gözünüzə dumanlı bir şəkil verin.
Taxma kirpiklərə qarşı olduğlarını da bildirməyə ehtiyac yoxdur. Taxma saç, taxma kirpik kimi həqiqi olmayan şeylər, onlar üçün heç də cəlbedici deyil. Tuş kifayətdir.
Ənlik
Çəhrayı yanaqlar kişinin ürəyini fəth etmək üçün ən güclü silahdır. Müxtəlif araşdırmalar nəticəsində sübut olunub ki, kişilər çəhrayı yanaqları daha intimi görürlər. Onun üçün də ənliyi yüngül çəkin.
Dodaq makiyajı
Parlaq və tünd dodaq makiyajı sıxlıq içində gözə dəyir, amma kişilər üçün öpüləsi dodaq mənasını vermir. Onlar üçün öpüləsi dodaqlar, dodaq parıltısı, yaxud da üzünüzün tonunu tamamlayan boyadan ibarətdir.
Üz makiyajı
Tonal kremi heç sevmirlər.  Üzün boyasız olmağını üstün tuturlar. Qəlib kimi üzlər onlara lazım deyil.

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 119
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri