Kişini qadın haqqında təkrar-təkrar düşünməyə nə vadar edir?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 123
Səs ver:
(səs: 0)
Qadınların daim baxımlı olması həmişə kişilərin marağına səbəb olur. Hətta belə bir ifadə var ki, “Gözəl qadına evli kişinin baxması günah deyil”. Bu sadəcə olaraq göz rahatlığıdır…

Qadınların kişiləri özlərinə cəlb etmək üçün bir sıra vasitələrə əl atdıqları danılmaz faktdır. Lakin qadının xarici görkəmindən, cazibəsindən və ağlından savayı da bir məqam var ki, o kişiləri qadın haqqında düşünməyə sövq edir.

Bir qadın kişini gözəlliyindən başqa özünə necə cəlb edə bilər?
Qadın nə qədər gözəl səsə sahib olarsa, kişini özünə daha çox cəlb edə bilər. Son statistikaya əsasən, qadının kişi ilə ünsiyyəti gələcəkdə ortaya çıxa biləcək bir sıra münasibətləri artıq nizamlamış olur.

Qadının səsinin gözəl, məlahətli və incə olması kişini özünə nə dərəcədə cəlb edə bilər?
Məlahətli və incə səs nəinki əks cinsin nümayəndələri tərəfindən eyni zamanda, qadınlar tərəfindən belə bəyənilir. Hər kəs o səsə özünəməxsus tərzdə qiymət verir və bəyənir. Kimisi üçün o səs rahatlıq, kimisi üçün məlahət, kimisi üçün isə sadəcə gözəllik gətirir. Bu fakt kişilər tərəfindən də inkar edilmir.

Bəs kişilər üçün qadın səsi nə dərəcədə əhəmiyyət kəsb edir?
Kişilər özləri bunu etiraf etməkdən çəkinmirlər. Hətta tanışlıqlarda qadın səsinin önəmli olması məsələsindən yan keçmək olmaz. Səs nə qədər ürəyə yatımlı olarsa, kişinin həmin qadına marağı bir o qədər artmış olar. Onunla daha çox həmsöhbət olmaq, ünsiyyət qurmaq, onu daha çox dinləmək istər. Etiraf edək ki, incə səsə malik xanımlar kişiləri daha tez cəlb edə bilirlər, nəinki kobud səsli xanımlar.

Nyu-York universitetinin professorları tərəfindən aparılan araşdırma nəticəsində kişilərin 76,5 faizinin daha çox qadın səsinə üstünlük verdikləri ortaya çıxıb. Sorğuda iştirak edən kişilər: “Qadın səsi nə qədər incə, məlahətli, xoş səslənsə, bir o qədər kişiləri özünə cəlb etmiş olar” söyləyiblər. Bu da bəzi qadınların kobud, ağır, sərt səslənən səsə sahib olması kişiləri qaçırdır kimi fikrə gətirib çıxarır. Hətta qadın nə qədər baxımlı və xoş görünüşlü olsa belə ünsiyyət zamanı səsin ağır və kobud səslənməsi kişilər tərəfindən bəyənilmir.

Statistikaya görə, son illərdə internet və telefon vasitəsilə tanışlıqların daha da çoxalması ilk olaraq səsin oynadığı mühüm rolla əlaqəlidir. Bu tanışlıqlar zamanı qadın səsi nə qədər gözəl və xoş səslənərsə sonrakı münasibətlərə müəyyən mənada təsir göstərir.

Qadın səsi sanki bir musiqidir, bu kişi beyninə təsir edərək onların daim marağına səbəb olur…

Bəs qadın ətri nələrə qadirdir?
Ətrin kişilər üzərində böyük gücə malik olduğunu yəqin ki, çoxunuz bilirsiniz. Ətir kişilər üzərində hakimiyyəti ələ keçirmək üçün görünməz və ən ideal vasitədir. Buna misal olaraq isə şirkətlərin öz reklamlarında qadın səsinə daha çox üstünlük verdiyini göstərmək olar.

Həqiqətən kişilər qadın ətrinə heyran olan və həmin ətri arzulayan varlıqdır. Bir kişi məst olduğu ətrə görə qadınla görüşər, onunla daim həmsöhbət olmaq, onu izləmək, ona heyranlıqla baxmaq istər. Bu ətir ona o qədər xoş olar ki, kişini həmin qadını düşünməyə və onun yanına qayıtmağa təkrar-təkrar vadar edər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri