Alış-veriş qərarına təsir göstərən ən vacib 10 səbəb

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 035
Səs ver:
(səs: 0)
İnsanların internet vasitəsilə məhsul və xidmət satın alma formaları illər ərzində əsaslı şəkildə dəyişdi və bu gün müştərilər hər zaman olduğundan daha çox imkana sahibdirlər. E-ticarət üzrə texnologiya şirkəti olan "BigCommerce" istifadəçilərin onlayn alış-veriş edərkən nələrə əhəmiyyət verdikləri ilə bağlı fikir sahibi olmaq üçün bir çox e-ticarət saytını təhlil etdi. "BigCommerce" – in həyata keçirdiyi təhlil nəticəsində əldə etdiyi məlumatlar onlayn e-ticarət mağazalarını əsas götürsə də, burada bütün biznes sahələri üçün dərs olacaq nümunələr mövcuddur.

"BigCommerce" – in "Hər hansı bir alış-veriş qərarına nə təsir göstərir" başlıqlı yayımladığı cədvələ əsasən müştərilərin satın alma qərarına təsir göstərən ən mühüm 10 amil aşağıdakı kimi sıralanır:

Məhsulun keyfiyyəti – 56%
Pulsuz çatdırılma – 49%
Məhsulun asanlıqla geri qaytarılması – 35%
Müştəri rəyləri – 33%
Vizual axtarış – 30%
Mükəmməl naviqasiya – 26%
Rahat kassa – 24%
Çeşid müxtəlifliyi – 24%
Məxsusi ölçü – 12%
Yeni məhsul – 10%

Eyni zamanda 1995 – ci ildə 70% olan mağazanın daxilində qərar vermə göstəricisi 2012 – ci ildə 76% - ə yüksəldi.

İnternet alış-verişə necə təsir göstərir?

"BigCommerce" – in hazırladığı qrafikə görə alış-veriş edən insanların 62% - i hər hansı bir məhsulu onlayn olaraq satın almamışdan əvvəl mağazadakı çox bahalı məhsulları araşdırır. Həmçinin 10 istifadəçidən 9 – u satın alma ehtimalı olan texnoloji məhsullarla bağlı videoları izlədiyini bildirirlər. Bu baxımdan ağıllı telefonlar vasitəsilə ən çox satılan məhsullar aşağıdakı kimidir:

Elektronik – 64%
Market alış-verişi – 57%
Geyim əşyaları – 54%

Aparılan araşdırmaya görə alış-veriş edən insanların 54% - i ağıllı telefon sahibləridir. Bu insanların 76% - i öz ağıllı telefonlarından əsasən alış-veriş edərkən istifadə edirlər. İstifadəçilərin yarısı alış-veriş zamanı qiymətləri, promosiyaları, məhsul qiymətləndirmələrini və məhsulla bağlı məlumatları yoxlamaq üçün ağıllı telefonlarından istifadə edirlər.

Sosial media alış-verişə necə təsir göstərir?

Araşdırmaya görə istifadəçilərin 81% - i dostlarının etdikləri paylaşımların satın alma qərarlarına birbaşa olaraq təsir göstərdiyini bildirirlər. Bununla yanaşı istifadəçilərin 30% - isə markaların paylaşımlarının dostları tərəfindən yenidən paylaşılması halında onların diqqətini daha çox çəkdiyini söyləyirlər. Həmçinin ana olan qadınların 38% - nin "Facebook" – da bəyəndikləri markalardan alış-veriş etmə ehtimalının digər qadınlara görə daha yüksək olduğu qeyd edilir.

Bununla yanaşı insanların 44% - nin tərkibində şəkillərin olduğu paylaşımlara, 37% - nin isə videoların olduğu paylaşımlara diqqət yetirdiyi görülür.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 035
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri