Cazibədar və özünəinamlı qadının 8 sirri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 13 437
Səs ver:
(səs: 16)
İndiyədək çoxları düşünürdü ki, cəlbedicilik fiziki gözəlliklə əlaqədardır.

Qadinla.com xəbər verir ki, elm cəlbediciliyin heç də fiziki gözəlliklə əlaqəli olmadığını sübut edib.

Özünüzü daha yaxşı hiss etdirəcək, özünə inamınızı artıracaq və daha cəlbedici hiss etməyinizi təmin edəcək 8 üsula əməl etməklə insanların diqqətini cəlb etmək mümkündür.

Qadinla.com həmin üsulları təqdim edir:

Gülümsəyin

Cazibədar və özünəinamlı qadının 8 sirri

2009-ci ildə Cardiff Universitetində aparılan araşdırmalarda gülən insanların daha xoşbəxt olduğu kəşf edilib. Beynimiz biz gülümsəyəndə bu vəziyyətin birbaşa cazibə ilə əlaqədar olduğunu dərk edir. Güzgüyə baxıb tez-tez gülümsəyin. Özünüzü daha çox cəlbedici hiss edəcəksiniz.

Özünüzlə danışın



Cenevrə Universitetində aparılan araşdırmaya görə, karyerasında uğurlu olan və özünə etimad göstərən insanlar vacib iş görüşməsindən əvvəl öz-özlərilə ucadan danışırlar. Bu hərəkət özünə inamı artırır. Özünüzə tez-tez "Sən bunu bacararsan!" deməyi unutmayın.

Həyatınıza qırmızı rəngi daxil edin



Elmdə ehtiras və şəhvətin rəngi kimi tanınan qırmızı paltarda və ya makiyajda istifadə edildikdə, özünəinamı artırır. Həyatınızda qırmızı rəngdən və çalarlarından daha çox istifadə edin. Evinizdə bir neçə aksesuarın qırmızı olması sizin cazibədarlığı hiss etməyinizə kömək edəcək.

Qamətinizi şux tutun



Psixoloji Elm İttifaqının 2010-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, şux duran insanlarda qorxu yaradan kortizol adlı maddə daha az ifraz edilir. Şux qaməti olan şəxslər özlərini daha güclü hiss edirlər. Siz də qamətinizi düzəltməklə özünüzü daha cəlbedici hiss edə bilərsiniz.

Özünüzü güclü hiss etdiyiniz zamanları xatırlayın



Eksperimental Sosial Psixologiya Jurnalında dərc olunan araşdırmada iştirakçılardan iş və məktəb dövründə özlərini yaxşı, güclü hiss etdikləri vaxtlarını xatırlamaları tələb olunub. Nəticə inanılmazdır. Yəni bir şeyi etmədən əvvəl güclü vaxtlarınızı ağlınızdan keçirmək, özünüzü daha cəlbedici, özünə inamlı və güclü hiss etməyinizi təmin edəcəkdir.

Pozitiv düşünün



Hər zaman müsbət düşünmək insana yaxşı təsir bağışlayır. Mənfi fikirlərin yerini müsbət fikirlər alanda həyatdan daha çox həzz alınır. Bu da insanın özünü daha da cəlbedici hiss etməsinə səbəb olur.

Həyatınızda sevgiyə yer ayırın



Sevgi hər zaman insanın özünü yaxşı hiss etməsinə səbəb olur. Sevgini yaşamaqdan, aşiq olmaqdan qorxmayın, həyatınızda ona yer ayırın və xoşbəxt olmağa diqqət yetirin. Onsuz da yaşadığınız ehtiraslı məhəbbət, cəlbedici hiss etməyinizi təmin edəcəkdir.

Hobbilərinizə vaxt ayırın



Uşaqlığınızdan bəri sevdiyiniz hobbi ilə məşğul olmaq sizi həm sakitləşdirir, həm də daha güclü hiss etdirir. Daha cəlbedici hiss etmək üçün hobbilərinizə vaxt ayırın.
(səs: 16)
Şərhlər: 3
Baxılıb: 13 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri