Qadınlar hansı hisslərdə kişilərdən daha güclüdür?

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 731
Səs ver:
(səs: 0)
Son illər aparılan araşdırmalar, qadınların kişilərdən daha yüksək emosional zəkaya sahib olduğunu göstərir. Bəs bunun qadın və kişilərin müəyyən hissləri daha yaxşı bilməyində və başa düşməyində bir təsiri ola bilərmi?

Emotion akademik jurnalında yayımlanacaq bir araşdırma aparıldı və araşdırma aparan komanda, əvvəlcə qadın və kişilərdən bir neçə şəkil barəsində fikir bildirmələrini istədi.

Hər şəkildə beş hissin (hirs, iyrənmə, qorxu, xoşbəxtlik və kədər) təsviri yer alırdı. İştirakçılardan, bu hissləri təyin etməkləri istənildi və onlar bu zaman çətinlik çəkməyə başladı. Aparılan araşdırmaya görə xoşbəxtliyi asanlıqla təyin edən insanlar, iyrənmə və kədər kimi hislərdə çətinlik yaşayıblar.

Araşdırmanın qəribə nəticələrindən biri də, qadınların hər kəsin çətinlik çəkdiyi kədər və iyrənmə kimi hissləri çox asanlıqla təsbit etməkləri oldu. Kişilər isə xoşbəxtlik hissini tapmaqda uğurlu idi.

TƏKAMÜL BU MÖVZUDA NƏ DEYİR?
Bu vəziyyətin başlıca səbəbini təkamül faktları ilə əsaslandıran mütəxəssislərə görə qadınlar dünyaya uşaq gətirmə kimi bir fiziologiyaya sahib olduqları üçün və güclü hormonların sayəsində uşaqların baxımında böyük rol oynayan diksinmək və kədər kimi hissləri təsbit etməkdə çətinlik çəkmirlər.

Bu səbəbdən də kişilər sosial statuslarını qorumaq üçün həssas hiss və duyğularını ifadə etməkdə çətinlik çəkirlər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri