Sevdiyinizin anasına əsəbləşirsinizsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 230
Səs ver:
(səs: 0)

Sevdiyiniz insanın anası cana yaxın, səmimi bir insan olmaya bilər. Amma narahat olmağa dəyməz, çünki həyatda ən böyük rəqibinizin sizi narahat etdiyi zaman nə edə biləcəyiniz barədə məsləhətləri Qadinlar.Biz öz üzərinə götürür.

Hər nə qədər möhtəşəm olsanız da sevdiyiniz insanın anasının sizə bir yad kimi davranma ehtimalı hər zaman vardır. “Məndən nə istəyirsən? Yoldaşınızın ailəsi ilə yola getməyi öyrənin” adlı kitabın müəllifi Teri Apter-ə görə qadınların 60%-i sevdikləri insanın və ya həyat yoldaşlarının anaları ilə dolana bilmirlər (bu oğlanlarda isə 15% təşkil edir).

Apter bildirir ki, oğlan anaları bunu övladlarının həyatında hər zaman ən təsirli insan olmaq rütbəsini itirməkdən qorxduqları üçün edirlər. Bu səbəbdən də sizə qarşı tənqidçi, nəzarətli, maraqlı və ya əsəbi vəziyyət ala bilirlər. Özünüzü sonrakı baş ağrılarından və əsəb gərginliyindən qorumaq üçün tanış olduğunuz andan siyasətcil olmalısınız.

1–Qorxaq olmayın

Bəzi qadınlar özünü rəhbər kimi göstərən anaların onları bəyənmələri üçün hər şeyə boyun əyirlər. Lakin bu vəziyyət sizi hərşeylə razılaşan biri kimi tanıda bilər və onun anası hər an sizdən istifadə edə bilər. Apetr bildirir ki, belə vəziyyətlərdə sonradan özünüzü müdafiə etməyə başlamaq çox çətin ola bilər. Buna görə də həm özünüzü saydırmağı bacarmalı, həm də hörmətdə qüsur etməməlisiniz.

2–Ondan tövsiyə istəyin

Həmçinin anaların gəlinlərlə yola getməməklərinin bir səbəbi də övladlarının artıq onlara ehtiyacları qalmadığını dair narahatçılıqlarıdır. Ona bunu səhv fikir olduğunu bildirmək üçün zaman zaman onadan tövsiyələr alın (məsələn ondan oğlunun ən sevdiyi yeməyi necə bişirdiyi barədə soruşun).

Ünsiyyət mütəxəssisi Malia Mason bu suallar sayəsində ona hörmət etdiyinizi hiss etdirmiş olacağınızı bildirir. Lakin hər şey üçün ondan məsləhət almaqdan çəkinin. Əks halda ən xırda məsələdə belə öz fikrini bildirəcəkdir.

3–Hər şeyə inanmayın

Qayınananız sizi başdan ayağa süzdükdən sonra “bu paltar sənə biraz dardır?” deyə bilər. Çox sıxıcı bir vəziyyət olduğunu bilirik ancaq sevdiyiniz insanın anası sizə qarşı neqativ bir fikir dediyi zaman qarşılıq verməkdən çəkinin. əvəzində soyuqqanlı bir tərzdə, “Bəli amma çox yaraşır. Yolda tıxac var idi?” kimi sözü başqa mövqelərə çəkərək dəyişdirə bilərsiniz. Onun bu fikrinə qarşılıq vermədiyini üçün özünü divara vurulmuş kimi hiss edəcəyini görəcəksiniz. Həmçinin siz də onu hisləndirəcək bir şey dediyiniz üçün arada olan gərginlik öz özlüyündən yox olacaq.

Mütəxəssislər bu vəziyyətdə böyüklük etməyinizi tövsiyə edirlər. Hərəkətiniz yaxşı bir nümunə olacaq və onunda sizə qarşı eyni dərəcədə mehriban olmasına yol açacaqdır. Unutmayın sizi hirsləndirmək istəyi onun pis insan olduğu demək deyil. Nəticə etibarilə hər ikinizin ortaq cəhətiniz var: onun oğlunu sevirsiniz və hər ikiniz də onun yaxşılığını istəyirsiniz.

4–Sevdiyiniz insandan kömək alın.

Nişanlısı olduğu üçün sizinlə bütün əlaqələrini kəsən bir rəfiqəniz oldumu? Siz bir birinizi sevdiyiniz gündən bəri onun anası da özünü eynilə belə hiss etmiş ola bilər. Səbəbsiz yerə olsa da oğlundan ayrı qalmağın hirsini sizdən çıxardır. Apterə görə sevdiyiniz insan anasına onun da əlaqənizin içində olduğunu hiss etdirərsə bu hirs keçər. Sevdiyiniz insanı həftədə bir dəfə anasına baş çəkməyə və zaman zaman onu harasa aparmağa sövq edin.

Unutmayın! Bəlkə rəfiqə olmağınız çətindir amma sakit bir həyat üçün bunları etməyə çalışın.

Evlenirik.Biz

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri