Bir qadın həyatdır

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 169
Səs ver:
(səs: 1)
 
Bir qadın uşaqdır əslində..  
Uşaq kimi davranmağı sevər.  
Kişinin özünə bir uşağa  göstərdiyi şəfqəti göstərməsini də istər.
Bir uşağı əzizləyərkən incitməkdən  qorxaraq əzizləməlidir kişi qadını.
Amma hər qadın uşaq tərəfindən də olsa  istirahət edilməsini, diqqətə alınmasını istər.
Yəni bir qadının uşaqlıq etməsinə  icazə verəcəksiniz,
amma əsla onu bir uşaq olaraq  görməyəcəksiniz.
 Bir qadın həyatdır
Bir  qadın güclüdür əslində .
Hətta kişilərdən çox daha güclüdür.  
Amma bu gücünü hər vaxt ortaya  qoymasını sevməz.
İstər ki kişinin gücü özünə dinclik  versin.
Öz-özünə edə biləcəyi şeyləri  belə kişinin etməsini gözləyər.
Beləcə həm daha qadın olduğunu  hiss edəcək həm də
kişisinin nə qədər güclü olduğunu  görəcək.
Ancaq qadın gücünü göstərmək  istədiyində onu maneə törədə bilməzsiniz.
Etmək istədiyi bir şey varsa  mütləq edər.
 
Bir qadın  sevgilidir əslində.
İçində hər vaxt sevgini daşıyar.  
Sevdiklərindən asan  ayrıla bilməz. Sevdiklərini asan  qıra bilməz.
Çətin sevər amma tam sevər.  
Bir qadının tam mənası ilə sevə bilməsi  üçün
ürəyinin qəbul etdiyini beyninin də  qəbul etməsi lazımdır.
Və sevməzsə də onu əsla sevməyə  məcbur edə bilməzsiniz.
Bəlkə asanca ürəyinə  girə bilərsiniz.
Ancaq beynində yer etməmişsinizsə hər  an tərk edilə bilərsiniz.
Sevmədiyi halda tərk etməyən qadınlar  də var əlbəttə.
Bunun səbəbi isə  maneə törədə bilmədikləri "ağrımaq" duyğusudur.
 
Bir qadın təkdir əslində.  
Heç bir zaman qadını tamamilə əldə  edə bilməzsiniz.
Özünə aid bir dünyası vardır və  orada həmişə təkdir.
O dünyaya kimsənin girməsinə icazə  verməz.
Heç bir açar o dünyanın qapısını  aça bilməz.
Təklik onun sığınacağıdır.  
O sığınacağa nə vaxt girəcəyinə, nə  qədər qalacağına həmişə özü qərar verər.
Sığınacaqdaykən oradan çıxmağa  məcbur etsəniz onu sonsuza qədər itirə bilərsiniz.
 
Bir qadın məlumatındır əslində.  
Nələr edə biləcəyini kişi ağılı xəyal  belə edə bilməz.
Yaradıcılığının sərhədi yoxdur.  
Amma bunu ortaya çıxartmaq üçün  həyatının kişisini gözləyər.
Asan istifadə etməz yaradıcılığını  yalnız kişisinə saxlayar.
Bir qadının gerçək kişisi olmağı  bacara bilmişsinizsə çox şanslısınız deməkdir.
Çünki həyatınız əsla sıravi  olmayacaq.
 
Bir qadın  həyatdır əslində.
Çünki həyatın içində olan hər şey  ancaq qadınlar olduğunda məna qazanır.
Yemək yemək, su içmək belə.  
Bir qadının əlindən içdiyiniz  suyla öz özünüzə stəkanı
doldurub içdiyiniz su arasındakı ləzzət  fərqini anlaya bilirsinizmi? 
 
Anlayırsınızsa nə xoşbəxt sizə. Anlamırsınızsa, çox təəssüf ki  yasamırsınız.
Tərcümə etdi: Aytən Mələk

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri