1. Seks həyatınızı mühakimə etməkdən vaz keçin. Kiminlə, nə vaxt, niyə - bu barədə heç fikirləşməyin.
2.
Başqa qadınların seks həyatı barədə düşünməyin, onlar barədə fikir
bildirməkdən çəkinin. Hər kəsin cinsi həyatı yalnız özünü
maraqlandırmalıdır. Başqa qadınların cinsi həyatlarını necə
yaşadıqlarını, yaxud seksi görünmək üçün dəridən-qabıqdan çıxmalarını
yanınızdakına pıçıldamayın. Digər həmcinsləriniz barədə "çox
namusludur", yaxud filankəsin "gəzmədiyi budaq qalmayıb" kimi ifadələr
işlətməyin.
3. Hər gün dikdaban ayaqqabı geyinməyə məcbur deyilsiniz. Ayaqlarınızın sağlamlığı gözəlliyiniz qədər önəmlidir.
4. Yalnızlıqdan qorxmayın. O zaman daha sərbəst, daha güclü olacaqsınız.
5.
Zərərli dostlarınızdan canınızı qurtarın. Sizə zərər verən, enerjinizi
sümürən adamları həyatınızdan çıxarın. Bəhanə axtarmayın, sadəcə
çıxarın.
6. Böyük hadisələr üçün "son tarix" nəzərdə tutmayın.
Həyat planlarınızı pozar. "Əclaflıq qanunu"dur. Ailə qurmaq, uşaq sahibi
olmaq kimi fikirlərinizə vaxt məhdudiyyəti qoymamağa çalışın. Əlbəttə,
bioloji saatları nəzərdən qaçırmayın, amma "bir ilin içində" uşağım
olacaq deyə bunu beyninizə "mismarlamayın".
7. Sevdiyiniz kişiyə
nəzarət etməyin. Gizlicə cib telefonunu qurdalayıb oradan birini "tapıb
çıxarmaq" yaxşı deyil. Nəzarət etmək arzunuz və qısqanclığınız
münasibətlərinizi bitirə bilər.
8. "Pulu o ödəsin" deyə
düşünməyin. Hər zaman pulu o ödəyərsə, münasibətlərinizdəki tarazlıq
pozular. Əgər hesabı daim sevgilinizin ödəməsini gözləyirsiniz və o da
ödəyirsə, nə vaxtsa o, özündən istifadə edildiyini zənn edəcək.
9.
Göz yaşından silah kimi istifadə etməyin. Heç bir kişi qadının göz
yaşına dözmür. Amma ondan silah kimi istifadə etməyə başlasanız,
məsumiyyəti itər, bir müddət sonra isə kişinin sizin göz yaşlarınıza
qarşı hissiyyatı tamamən ölər.
10. Başqa qadınlar tərəfindən
bəyənilmək arzunuzu dəf edin. Qadınlar qadınlar üçün geyinirlər. Bu
doğrudur, amma qadın qısqanclığı çox olduqca adama zərər vurur. Özünüzə
qarşı sərt olmayın. Özünüzü olduğunuz kimi sevin, o zaman özünüzü
kiminləsə müqayisə etməzsiniz.
11. Modanın qurbanı olmayın.
Seksi
olmaq üçün bütün qüsurlarınızı ortaya çıxaran cəsur geyimlər geyməklə
modanın qurbanı ola bilərsiniz. Bir qıraqdakılara baxıb
bəyənmədiklərinizi bir də nəzərdən keçirin: onlar kimi olmaq
istəyirsiniz?
12. Əsəbi halda "Heç nə olmayıb" deməyin.
Ətrafınızdakıların sizi düzgün anlaması bir çox problemləri əngəlləyə
bilər. Əsəbləşərkən "Heç nə olmayıb!" demək əvəzinə, niyə sıxıldığınızı
anladın.
13. "Tapdalanmış" romantikadan vaz keçin. Qızılgüllər,
özəl günlərdə restoranda şam yeməyi və s. klişelərdən bezməmisiniz?
Özünüz yaradıcı olmağa çalışın, o zaman partnyorunuz da sizi təqib
etməyə və üstələməyə çalışacaq.
14. İlk addımı kişidən gözləməyin. Zaman dəyişdi. Kimdənsə xoşunuz gəlirsə, onun bunu hiss etməsinə imkan yaradın.
15. Nazlanmayın. Bu, özünüzü aldatmaqdan başqa bir şey deyil. Partnyorunuz kimi, gün gələcək, özünüz də yorulacaqsınız.
16.
Daim başqalarını fikirləşməyin. Qadınlar fədakarlığa meyllidirlər. Amma
həyatınızdakı ən önəmli şəxsin özünüz olduğunu unutmayın. İşdən sonra
evə qaçmaq əvəzinə hərdən istirahət edin: massaja, fitnes salonuna,
kinoya, teatra gedin.
17. "Hər şeyi birlikdə edək" deməkdən əl
çəkin. Münasibət iki insanın bir olduğu demək deyil, yan-yana ikən
xoşbəxt olmaq deməkdir. Hər şeyi birlikdə etmək istəyi münasibətin evini
ən tez yıxan səbəbdir. Hər kəsin özünün "sahəsi" olsa, daha yaxşıdır.
18.
Çox qayğıkeş olmayın. Daim kiminsə qayğısını çəkmək onun sizdən ötrü
darıxmasını əngəlləyir. Hətta sizə zəng etmək ehtiyacı da duymaz. Sizdən
darıxması üçün ona fürsət verin.
19. İkinizin edəcəyiniz işləri
təkbaşına etməyin. Gələcəklə bağlı bir plan ikinizi də maraqlandırırsa, o
zaman onu birlikdə etməyə qərar verin. Yoxsa xəyalınızda qurduğunuz
"qəsriniz" dağılacaq, o isə özünü heç də yaxşı hiss etməyəcək.
20.
Dedi-qodu etməyin. Nə qədər siz danışırsınızsa, bir elə də sizdən
danışırlar. İki adamın arasındakı məhrəmlik elə onların arasında
qalmalıdır.
mod.az