Qadınların səsi və ətri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 824
Səs ver:
(səs: 4)
Məlahətli və incə səs nəinki əks cinsin nümayəndələri tərəfindən eyni zamanda qadınlar tərəfindən belə bəyənilmiş olur. Hər kəs o səsə özünə məxsus tərzdə qiymət verir və bəyənir. Kimisi üçün o səs rahatlıq, kimisi üçün məlahətlik, kimisi üçün isə sadəcə gözəllik gətirir. Bəs kişilər? Onlar üçün qadın səsi nə dərəcədə əhəmiyyət kəsb edir?
Kişilər özləri bunu etiraf etməkdən çəkinmirlər. Hətta tanışlıqlarda qadın səsinin önəmli olması məsələsindən yan keçmək olmaz. Səs nə qədər ürəyə yatımlı olarsa, kişinin həmin qadına marağı bir o qədər artmış olar. Onunla daha çox həmsöhbət, ünsiyyət qurmaq, onu daha çox dinləmək istər.
Etiraf edək ki, incə səsə malik xanımlar kişiləri daha tez cəlb edə bilirlər, nəinki kobud səsli xanımlar.
 
 
Bəs qadın ətri? O nələrə qadirdi?
Bu artıq fakt halını alıb. Buna sübut olaraq isə: kinoları, reklamları, çəkilən video çarxları misal göstərmək olar. Həqiqətən kişilər qadın ətrinə heyran olan və həmin ətri arzulayan varlıqdırlar. Bir kişi məst olduğu ətrə görə qadınla görüşər, onunla daim həmsöhbət olmaq, onu izləmək, ona heyranlıqla baxmaq istər. Bu ətir ona o qədər xoş olar ki, kişini həmin qadını düşünməyə təkrar-təkrar vadar edər.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 3 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri