Kök xanımlar üçün kiçik məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 581
Səs ver:
(səs: 1)

 

Dəbli stilistlərin fikrincə, ümumiyyətlə geyim seçərkən əsasən gözəl əhval ruhiyyədə olmalısınız ki, uğurlu seçim edə bilərsiniz.

 

Nə etmək lazımdır?

 

  • Kök xanımlar daha çox açıq pastel rənglərdə olan geyimlərə üstünlük versələr daha yaxşıdır. Rəngli noxud naxışı, zolaq, dama, çiçək ornamenti ilə olan parlaq və rəngli parçalardan istifadə etmələri məsləhətdir.

  • Gəncliyinizi vurğulayan kiçik ölçülü bantlardan, taxma cibləri olan geyim dəstlərindən istifadə edin.

  • Aksessuarlara xüsusi diqqət yetirin. Zərif formada olan orta ölçülü qayışla bəzədilmiş çantalardan istifadə etməyiniz məsləhətdir. Çantalar açıq rəngdə və ya əksinə daha parlaq rənglərdə də ola bilər.

  • Ayaqqabılarda və qayışlarda da həmçinin kiçik bantlardan və parlaq rənglərdən istifadə edə bilərsiz.

  • Sırğalar, boyunbağı kimi aksessuarlara da diqqət etsəniz yaxşı olar. Çalışın seçdiyiniz aksessuar maraqlı və parlaq rənglərdə olsun. Siz həmçinin rəngli boyun örpəklərindən də istifadə edə bilərsiniz.

  • Dəbli broşlar bədən quruluşunun mübahisəsiz üstünlüklərini vurğulayıb sinə sahəsinə diqqəti cəlb edəcəklər.

  • Dolu xanımlara tam tikili, kəsiksiz donlar tövsiyə edilir.

  • Sinələri "V” formada olan və ya vertikal kəsiklərlə işlənilmiş libaslar tövsiyə olunur. Bu zaman boyunuz vizual olaraq uzanacaq.

  • Paltarların qolu köklüyünüzü gizlətmək üçün uzun və ya birazca qısaldılmış olmalıdır. Həmçinin uzun və şəffaf qollu libaslardan da istifadə edə bilərsiniz.

  • Tünd geyimin üstündən geyinilmiş jaketlər, pencəklər və açıq tonlarda olan jiletlər gözəl və dəbli görünəcək.

  • Bəli qısa olan düz şalvarlar da kök xanımların geyimi üçün ideal variant hesab olunur.

 

Əziz xanımlar, çalışın geyim seçərkən qısa və ya "fənər” qollu geyimlərdən, qabarıq yaxalıqlardan istifadə etməyəsiniz, əks halda belə geyimlər boyununuzu qısaldacaq, qollarınızın köklüyünü üzə çıxardacaq və xoşagəlməz obraz yaradacaq.

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri