30 ilimi qadın psixologiyasını öyrənməyə həsr elədim. Ancaq böyük sualın cavabını tapa bilmədim: qadınlar nə istəyir? (Freyd)
Qadınların saxlaya biləcəkləri tək sirr, bilmədikləri sirrdir. (Seneka)
Qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. (Aleksandr Duma)
Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur. (Evripid)
Qadın ərə gedənə qədər, kişi isə evləndikdən sonra gələcəyindən narahat olur. (Bernard Şou)
Qadın anlamaq üçün yox, sevilmək üçün yaradılıb. (Oskar Uayld)
Yaxşı qadın kişiyə təsir edər, ağıllı qadın onda maraq oyadar, gözəl bir qadın onu ovsunlayar, anlayışlı qadın isə ona sahib olar.(Helen Rouland)
Qadın kölgə kimidir. Qovsanız qaçar, qaçsanız qovar. (Çamfort)
Pisi odur ki, qadınsız da yaşamaq olmur, qadınla da yaşamaq olmur. (Lord Bayron)
Bir qadın ya sevər, ya da nifrət edər, ortası yoxdur. (P.Sir)
Qadını gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof. (Sokrat)
Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir. (Tolstoy)
Qadınlar bizi xoşbəxt etməyin bir yolunu bilirlər. Amma bizi bədbəxt eləməyin min yolunu bilirlər. (Heyne)
Qadınlar qəribə varlıqlardır. Ya ağıllarında bir şey yoxdur, ya da ağılları başqa yerdədir. (Aleksandr Duma)
Gözəl qadınlardan ağıllı olmalarını tələb edə bilmərik, amma ağıllı qadınların çirkin olmalarını əsla onlara bağışlamaq olmaz. (Mistler)
Qadın ərini daha az sevməli, daha çox anlamalıdır. Kişi isə qadınını daha çox sevməli, daha az anlamalıdır. (Oskar Uayld)
Bir zamanlar kişinin üstün olduğuna inanırdım. Sonra evləndim və həyat yoldaşım bu inancımı məhv elədi. (Cak Lemmon)