Qızları əldə etməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 136
Səs ver:
(səs: 0)
 
Qızlarla bir yerdə olmağa çalışın
Çayxanada domino oynayaraq qız əldə edə bilməzsiniz. Qız əldə etmək üçün onlarla tanış ola bilmək, tanış ola bilmək üçün də onların olduqları yerə getmək, alınan hər tanış olma fürsətini yaxşı qiymətləndirmək, hətta bu fürsəti yarıtmaq lazımdır. Qadın lotereyadan çıxmaz, səylə əldə edilər. Göstərəcəyiniz ilk səy qızların hara getdiyini araşdırmaq olmalıdır.
Özünüzə güvənin
Özünüzə güvənməniz, tək qız əldə etmək mövzusunda deyil, həyatın bütün sahələrində müvəffəqiyyətə çatmanızın ön şərtidir. Qorxulanın başa gəlməsi, çox vaxt, özünə güvənin olmamasından qaynaqlanar. Sizin də heç bir zaman ümidsizliyə qapılmamanız və davamlı mübarizə etməyiniz lazımdır, yalnız bu qızların sizi sevməsini təmin edə bilər. Əslində ümidsizliyə qapılmağa heç bir səbəb yoxdur. Dünyadakı və ölkəmizdəki qadın - kişi sayları aşağı yuxarı bərabərdir. Hər kişiyə bir qadın düşməkdədir. Kor, topal ya da kar da olsanız. Sizin də qismətiniz çıxar!
İlk addımı siz atın
Hər nə qədər qadınlar qəbul etməsə də kişi üstünlüyünə söykənən bir ictimai mühitdə yaşayırıq. Kişi üstünlüyü qadınları geri salmışdır istər istəməz. Bu da qadınların passiv olmasına gətirib çıxarmışdır. Sonradan da təbii ki, bu passivliyin qadının təbiətindən gəldiyi irəli sürülmüşdür. Bunun belə olmadığı bu gün bilinir. Xoşlandığınız qızın yoldaşlarıyla yoldaş ola bilsəniz, hədəfə yaxınlaşdınız deməkdir. Bundan sonra səbirlə tanış edilməyi gözləyin və hər vaxt danışmağa hazır bir şəkildə gözləyin. Sözgəlişi, qız dayanacaqdamı gözləyir? Dərhal ona dayanacaqdan hansı avtobusların götürdüyünü soruşun. Bir qadın sizə bir şeymi soruşdu? Əsla bilmirəm deməyin. Bu ilk addımı ata bilsəniz, danışmanın davamını da istədiyiniz istiqamətə çəkər və davam etdirərsiniz. Çox bədii sözlər istifadə etməyin. Bu sizin özünüzü göstərmək istədiyiniz mənasını verər ki, ifadə edilməsi lazım olan sizin əhəmiyyətiniz deyil, qarşınızdakına verdiyiniz əhəmiyyətdir.
Hər fürsətdə qadına toxunun
Bir əlaqənin qurulmasında gözdən və sözdən sonra sıra "əl"ə gəlir. Hər fürsətdə əlinizi istifadə etməlisiniz. Bir prospektdən keçirsiniz, avtomobillər tapdalamasın deyə qızın əlindən tutmalısınız. Avtobusdan enərkən, əlinizi kürəyinə qoyaraq ona yol verməlisiniz. Bir masada oturarkən üzüyünü çox bəyəndiyinizi söyləmədən əvvəl, üzüyü daha yaxından görmək üçün qızın əlini ovucunuzun istiliyinə almalısınız.
Yalanlar söyləyin
Qadınlar onlara xoş gələn bir kişilə qarşılaşdıqlarında ondan özlərini uzaq tutmaq üçün dost olmaqdan, dost qalmaqdan bəhs edərlər. Bilirlər ki, kişi üstələrsə, özlərinə söz keçirə bilməyəcək, təslim olacaqlar. Bu səbəblə də qadınlara hər cür vəd verməkdə çəkinməyin. Onlarda xüsusilə yalana inanmaq mövzusunda müdhiş bir qabiliyyət və istək vardır. Qaldı ki, nə qədər yalan söyləsəniz də, bütün yalanlarınızın altında, o qadına duyduğunuz sevginin həqiqəti, səmimiliyi var.
Kompliment deyib, hədiyyələr verin
Bütün insanlar bəyənilməyi, təriflənməyi xoşlayır. Bu, əlbəttə ki, qadınlar üçün də belədir. Qadın özü haqda maraqlanmağınızı istər, daha çox təqdir gözləyər. Həyatını bunun üzərində qurmuşdur. Bu maraq və təqdir, tək sevgi bağlarının qurulması üçün deyil, davam etdirilməsi üçün də lazımlıdır. Sevgi də hər şey kimi doğular, böyüyər və ölər. Onu uzun ömürlü edəcək şeylər maraq, təqdir, kompliment və hədiyyələrdir.
Qadına uyğunlaşın
Günümüzün qadını özünü kişiyə uyğunlaşdırmaq zəhmətinə dözmür; özünə uyğun gələcək kişini axtarır. Qadınların bir kişidən ayrıldıqdan sonra onun özünü anlamadığını deməsi də bundan qaynaqlanar. Ona görə qadınları anlamağa çalışın. Anlamırsınızsa da, anlayır kimi görünün. Onun sevdiyi artisti sevin. Dinlədiyi mahnıları dinləyin. Ən sevdiyiniz rəng onun da ən sevdiyi rəng olsun. Və onun hər fikirinə qatılın. Bunun tam tərsi vəziyyətlər olsa olsa diqqət çəkmək üçün ola bilər. Lakin burada da diqqət yetirilməsi lazım olan xüsusiyyət qadının sizi razı salmağa başladığı andan etibarən sona çatmalıdır. Unutmamaq lazımdır ki, qadınlarla mübahisə edən kişilər, ümumiyyətlə qadınlarla əlaqə qura bilməyənlərdir. Mübahisə onları bir yerdə saxlayar. Ya da bir yerdə olmaq üçün mübahisə edərlər.
Səbirli olun
Səbir, bu qədər qeyri-mümkün bir şeyi belə reallaşdıra biləcək gücdədir. Bir qadını da əldə etmək, ümumiyyətlə, səbir istəyən bir şeydir. Bunun müxtəlif səbəbləri vardır. Xoşladığınız qadın başqasıyla birlikdə ola bilər. Vəziyyət belədirsə, digər əlaqə bitənə qədər ona qarşı marağınızı davamlı canlı tutmalısınız. Çox kişi belə bir vəziyyətlə qarşılaşdığında marağını davam etdirməkdən əl çəkir. Bu səhvdir. Çünki qadının əlaqəsi bir nöqtəyə gəldiyində zəifləyəcək və qadın bir seçim etmək məcburiyyətində qalacaq. Ya əlaqəsini davam etdirəcək, ya da siz marağınızı canlı tutmağa davam edirsinizsə, sizinlə birlikdə olmağa başlayacaq. Bu bir ay, bir mövsüm hətta bəzən illərcə də müddət ala bilər. Sizin bu marağınız eynən suyun daşı aşındırması kimi onun da müqavimətini aşındıracaq və unutmamaq lazımdır ki, "bütün sevilən qadınlar ələ keçməz, yola gəlməz."
Üstünə çox gedin
İndiyə qədər gördük ki, qadın istəkli olsa belə "xeyr" deyir. Müqavimət göstərir, qaçır. Yenə görürük ki, qadın aldadılmaqdan, etibarsızlıqdan, qadağanlardan qaçır; Qaçarkən də sevgiyə, güvənə qaçır. İnstinktləri ona "et", məntiqiysə "etmə" deyir. Bu səbəblə ona sevgi göstərərək, güvən verərək israr etməli, instinkt və məntiq qarşıdurmasından instinktinin qalib çıxmasını təmin etməlisiniz. Hər şey olsun istər qadın, amma öz əlində olmadan. Həmişə bir günahkarlıq duyğusu içindədir və bunu başqa bir şeyin, başqa birinin üstünə atmaq istəyərlər. Ona görə "xeyr!" sözcüyünə tıxa qulaqlarını.
Sizə güvənməsini təmin edin
Bir qadının sizə güvənməsi sizin özünüzə güvənməniz qədər əhəmiyyətlidir. Sizin heç kimi deyil, yalnız və yalnız onu istədiyinizə, əlaqənizi ətrafa yaymayacağınıza, onu üzüstə buraxmayacağınıza, zəif anlarında ona dəstək olacağınıza inanması və bu mövzularda sizə güvənməsi lazımdır.
Qadınlarla dost olmağa çalışmayın
Qız əldə etməyin qaydalarından biri də "Ani hücum, qəti nəticədir." Utanan, özünə güvənə bilməyən kişilər, "əvvəl bir dost olum, sonra hər şeyi söyləyərəm" deyərək qadın üzərindəki istəklərini ifadə etməkdən qaçarlar. Bu utancaqlıq dostluq zamanı da davam etdiyindən heç bir zaman söyləyə bilməzlər. Söyləsələr belə, onlar artıq qadın üçün kişi olmaqdan çox uzaqdır. Bu səbəblə də rədd edilərlər və hətta dostluqlarını da itirərlər.
Qısqanmayın
Bir qadına bəslənən sevgiylə onu itirmə qorxusunun məhsuludur qısqanclıq. Bu gücsüzlük, qadını özünüzə bağlaya bilməmiş olmanız ya da onu itirdiyinizdə yenisini tapa bilməyəcəyiniz qorxusunu dilə gətirər. Halbuki, qadın sızanaq kimidir. Öz halına buraxsanız, asan yaxşılaşar. Dayanmadan onunla oynayarsınız qısqanclıq kimi çarəsi olmayan bir xəstəlik olar. Qadın göyərçinlər kimi uçub getmək, səmada vaxt keçirmək axşam olunca da hinə dönmək istər. Qısqanclıq üzündən buna icazə verməyən kişi, qadının havasızlıqdan boğulacağını, sonunda tamamilə itirəcəyini bilməlidir. Ayrıca bunu da bilməlidirlər ki, qadının ağlına bir şey düşdüsə, onu edər. Heç bir şey maneə ola bilməz ona. Əsl məsələ, ona mane olmaq deyil, sizinlə əlaqəsinin davam etməsidir.
P.S Müvəffəqiyyətsizlik halında göz tikdiyiniz qadını əldə etməkdən imtina edib, ətrafdakı digər qadınların arxasına düşmək lazımdır. Davamlı müvəffəqiyyətsizlik əsla ola bilməz. Əgər özünüzə xas bir yolunuz varsa, burada yazılanları tətbiq etməyiniz boşunadır. Çünki, necə hər qadının ürəyinə gedən bir yol varsa, hər kişinin də özünə aid yolları vardır. Şübhə yox ki, bilmək və etmək ayrı şeylərdir. Bu səbəblə də artıq bildiklərinizi, öyrəndiklərinizi tətbiqə etməyin zamanı gəldi.
 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri