Ayaqqabınız hisslərinizi əks etdirir!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4781
Səs ver:
(səs: 2)
Düz ayaqqabılar: Düz ayaqqabılar sizin nə qədər rahat və "cool” biri olduğunuzu göstərir. Bununla yanaşı, müstəqil ruhunuzdan xəbər verir.

İdman ayaqqabılar: Liderlik xüsusiyyəti olan, həyatı anlıq yaşamağı sevən və atletik birisiz. Olduqca bəsit həyat tərzi sürdürməyə üstünlük veririsiniz.

Nazik daban ayaqqabılar
: Olduqca qadına xas bir görüntüyə sahib olan bu ayaqqabıları seçənlərin də qadınlıq motivlərinin üstünlük təşkil etdiyi deyilə bilər.

Mokasen: Modaya uyğun, sevimli və rahat olan bu ayaqqabılar sizin nə qədər aktiv bir insan olduğunuzu   göstərir. Siz hündür daban ayaqbbıların sizi narahat etdiyini və hərəkətlərinizi məhdudlaşdırdığını düşünürsüz. Hər cür mühitə uyğunlaşmaq sizin ən əhəmiyyətli arzularınızdan biridir.

Barmaq arası ayaqqabılar: Gənc ruhlu və enerji dolu bir insansınız.

Botinka: məsuliyyətli, kişiyə xas və sərt bir insansınız. Heç kimdən qorxmur və düşüncələrinizi asanlıqla müdafiə edə bilirsiniz.

Dəri ayaqqabılar: Dəri ayaqqabıya üstünlük verirsinizsə, deməli görünüş sizin üçün çox vacibdir. Pul sizin üçün ön planda durur.

Rəngli ayaqqabılar: Rəngli bir insan olduğunuzu göstərir və bunu hər fürsətdə paltarlarınıza əks etdirirsiniz. Olduqca yaradıcı və hər zaman nəzər nöqtəsində olmağı xoşlayırsınız.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 4781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

    Qadın testləri