Gəlinlik seçimini necə etməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 260
Səs ver:
(səs: 2)
Nağıl kimi bir toy planlayır və xəyallarınızı bəzəyən gəlinliyi axtarırsınızsa, 2016-cı ilin ən gözəl gəlinliklərinə baxmadan gəlinlik modelinizə qərar verməyin. Gənc qızlar gəlinlik seçərkən tərzinə və xasiyyətinə uyğun olmasına diqqət etməlidir. Yüzlərlə model, yüzlərlə fikir və seçim arasından özünüzü ən xoşbəxt və ən gözəl hiss etdiyiniz gəlinlik sözsüz ki, sizə ən çox yaraşacaq gəlinlikdir.

Hər mövsüm olduğu kimi yenə də güpürlər, tüllər və naxışlı parçalar ön plandadır. Krem-ağ tonlarının hakim olduğu gəlinliklərdə tüllü uzun fatalar diqqət çəkən məqamlar arasında öz yerini alır.

Qabarıq, balıq ətək, straplez, V yaxalı, qayıq yaxalı, sadə, işləməli və güpürlü olmaqla bir çox modelin yer aldığı kolleksiyaların arasında seçim etmək olduqca çətindir. Seçim sahənizi daraltmaq üçün əvvəlcə bədən formanıza uyğun gəlinliyi seçməyə qərar verə bilərsiniz.

Qarın və bud nahiyələrindən məmnun olmayanlar gəlinlik seçimində qabarıq modellərə üstünlük verə bilərlər. Xüsusilə boyunun qısalığından şikayətçi olanlar qabarıq gəlinliklər içərisində çox gözəl görünəcəklər. Saçınızı da topuz yığdıraraq boyunuzun daha uzun görünməsinə nail ola bilərsiniz.

İncə və uzun birisinizsə, balıq formalı modellər tam sizin üçündür. Olduqca zərif görünəcəyiniz bu model üçün saçlarınızda təbii dalğalar və ya hörükləri seçə bilərsiniz.
Qollarının qalınlığından şikayət edən gəlinlər güpür qollu gəlinlik modelləri və ya işləməli qollarla bundan qurtula bilərlər.

Əgər çəkinizin çox olduğunu düşünürsünüzsə, seçiminizi şifon gəlinliklərdən edə bilərsiniz. Bu bədən quruluşunuzu olduğundan daha incə göstərəcəkdir. Seçiminizi sadə gəlinliklər arasından etməyiniz daha məsləhətlidir.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri